Akademik Şahin Mustafayev: Beynəlxalq Türk Akademiyasının layihəsində qaraqalpaq dili də yer alır AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 noyabr, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərində tanınmış şair Acıniyaz Kosıbay Ulının anadan olmasının 200 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, akademik Şahin Mustafayev çıxışında qaraqalpaq şairi Acıniyazın yubileyinin bütün Türk dünyasında geniş qeyd olunmasının önəmini qeyd edib. O, Türk Akademiyası tərəfindən tanınmış şairin 200 illiyi münasibətilə Acıniyazın seçmə şeirlərinin Azərbaycan və türk dillərində nəşr olunduğunu diqqətə çatdırıb.
Şahin Mustafayev vurğulayıb ki, Beynəlxalq Türk Akademiyasının əsas missiyalarından biri türk xalqlarının ədəbiyyatını, dillərini, mədəniyyətini və tarixini öyrənməklə onların inkişafına və çiçəklənməsinə dəstək olmaqdır. “Qaraqalpaq dili də “Türk dillərində terminologiya sözlükləri” layihəmizdə yer alır. Bu gün biz Qaraqalpaqıstanın elmi ictimaiyyətinə bu il hazırlanmış iqtisadi, linqvistik və hərbi lüğətləri təqdim etməkdən məmnunuq”, - deyə Türk Akademiyasının rəhbəri əlavə edib.
Konfransda Acıniyazın ədəbi irsinə dair məruzələr dinlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















