Icma.az
close
up
RU
Akademik Sudeyif İmamverdiyev Türk Ağsaqqalları İctimai Birliyinin məqsəd və məramlarından danışdı

Akademik Sudeyif İmamverdiyev Türk Ağsaqqalları İctimai Birliyinin məqsəd və məramlarından danışdı

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

"Prezident İlham Əliyev Türk dünyası, onun gələcəyi və perspektivləri barədə hər çıxışı ilə bizim yolumuzu müəyyənləşdirir”.

"Cənab Prezident Türk dünyası, onun gələcəyi və perspektivləri barədə hər çıxışı ilə bizim yolumuzu müəyyənləşdirir. Hədəfləri o qədər aydın və dəqiq göstərir ki, əlavə bir izaha ehtiyac qalmır. TAİB-in fəaliyyət proqramı da elə verilən mesajlara əsaslanır". 

Bunu Missiya.Az-a açıqlamasında Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev deyib. 

TAİB sədri Sudeyif İmamverdiyev rəhbərlik etdiyi İctimai Birliyin məqsəd və məramlarından danışarkən qeyd edib ki, Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in məqsədi Türk ölkələri vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişafına töhfə vermək, eləcə də türk aydınları, düşüncə adamları, elm və mədəniyyət xadimlərinin ümumtürk ideyaları uğrunda birgə fəaliyyətini vahid müstəvi üzərinə gətirməkdir: 

“Bizim yaratdığımız nümunə ictimai təşəbbüsdür və düşünürük ki, ictimai düşüncənin aktiv fazada olması proseslərin dinamikasına ancaq müsbət təsirlər göstərə bilər”. 

Türk xalqları arasında inteqarasiyanın sürətlənməsinin əhəmiyyətindən danışan TAİB sədri hesab edir ki, prosesə müsbət impulslar verəcək bütün vasitələrdən mümkün qədər istifadə olunmalıdır: 

"Unikal imkanlardan biri isə qeyri-hökumət təşkilatlarının malik olduğu potensialı bəlli hədəflərə doğru yönəltməkdir. Biz - Azərbaycanda yaradılmış, ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün dövət səviyyəsində atılan sistemli addımlardan yararlanan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ictimai təşəbbüskarlığa verdiyi önəmdən ruhlanan qeyri-hökumət təşkilatı olaraq proseslərdə müşahidəçi yox, iştirakçı olmağa çalışırıq. Türk birliyinin möhkəmlənməsində QHT-lər həqiqətən də nəzərəçarpan rol oynaya bilərlər. Bunu TAİB-in yaratdığı geniş əlaqələrə, təşəbbüslərimizin dəstəklənməsinə, Türk ölkələrinin QHT-ləri ilə birgə layihələr həyata keçirmək təkliflərimizin böyük maraqla qarşılanmasına, eləcə də müxtəlif Türk ölkələrində apardığımız əyani müşahidələrə əsaslanaraq deyirik". 

Sudeif İmamverdiyev qeyd edib ki, bu gün TAİB Türk dünyasında mədəni-sosial və ictimai əlaqələrin inkişafında fəal iştirak edir və bununla həm də Türk dünyasının biriliyi yönündə heyrətamiz siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyevin atdığı tarixi addımlara öz dəstəyini ifadə etməyə çalışır. “Cənab Prezidentin dediyi kimi, bizim bir ailəmiz var, o da Türk Dünyası!”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri