Icma.az
close
up
RU
Akif Nağı: “Azərbaycanla Ermənistan arasında 4 5 ay ərzində...”

Akif Nağı: “Azərbaycanla Ermənistan arasında 4 5 ay ərzində...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Artıq demək olar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün xarici əngəllər yoxdur”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, ABŞ və Rusiya da sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu göstərir: 

“Rəsmi Vaşinqton Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmadan bu dəhlizin normal işləməsi mümkün olmayacaq. Bunun üçün Azərbaycanla Ermənistan arasında normallaşma olmalıdır. Həmçinin, rəsmi Moskva da Zəngəzur dəhlizinin açılmasında maraqlı görünür. Ancaq Ermənistanın son addımları sülh müqaviləsini imzalamaq istəyinə adekvat deyil. 

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişi imzalandı. Bundan sonra İrəvan hakimiyyəti özünü arxalı hesab edərək ölkəmizə qarşı hansısa iddialar irəli sürə bilər. Bu, Donald Trampın hakimiyyətinin ilk 100 günündən asılı olacaq”. 

Lakin partiya sədrinin sözlərinə görə, Tramp ermənipərəst siyasət yürütməyəcək: “Əvvəlki dövrdə də, son seçki kampaniyasında da onun ermənilərə münasibəti isti olmayıb. Hətta son seçki kampaniyası zamanı ABŞ-dəki erməni təşkilatları Trampın müdafiə olunması ilə bağlı hansısa açıqlama vermədilər. Əksinə, ermənilər Co Baydeni və Kamala Harrisi dəstəkləyirdilər. Yəqin ki, Tramp da bunu unutmayıb.

Ümumiyyətlə, Trampın daha çox öz qitəsində fəaliyyət göstərəcəyi görünür. XIX əsrin əvvəllərində amerialılar “Monro doktrinası”nı ("Monro doktrinası"nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilib-red.) ortaya atmışdılar. Yəni ABŞ-nin amerikalılar üçün olduğunu deyirdilər. Birinci Dünya müharibəsindən sonra isə dünyanın müxtəlif yerlərində “ABŞ-nin haqqı” tezisini gündəmə gətirdilər. Harada ABŞ-nin təhlükəsizliyinə təhdid varsa, orada maraqlarını qoruyacaqlarını bəyan etdilər. 

Həmin dövrdən etibarən ABŞ “dünya jandarmı” kimi təqdim edilməyə başladı. Ondan sonra bir çox fərqli ölkədə hərbi bazalar açdılar. Lakin indi yenidən ABŞ-nin daxilinə qayıtmaq istəyirlər”. 

Həmsöhbətimiz qeyd edib ki, Tramp Avropadakı münaqişələrin söndürülməsi xəttini tutacaq: 

“Məsələn, Rusiya-Ukrayna müharibəsinin bitirilməsinə çalışacaq. Hətta Ukraynanın ərazi güzəştinə gedərək Rusiya ilə sülh müqaviləsini imzalması tələb oluna bilər. Tramp düşünür ki, Ukrayna ABŞ-nin himayəsində olan dövlətə çevrilməməlidir. Yaxın Şərqə də müharibənin dayanması üçün addımlar atılır”. 

Akif Nağının fikrincə, ABŞ-nin yeni Prezidentinin siyasəti Azərbaycan-Ermənistan münasibətlərinə mənfi təsir etməyəcək: 

“ABŞ-nin Azərbaycana qarşı addım atacağı inandırıcı deyil. Hesab edirəm ki, qarşıdakı aylar ərzində ciddi irəliləyiş gözlənilmir. Lakin buna baxmayaraq, il ərzində bunun baş verməsi mümkündür. Yəni Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə 5-6 ay ərzində müsbət dəyişikliklər yaşana bilər”. 

Elmir Mustafa 
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri