Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbləri yaxın günlərdə açıqlanacaq
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astana, 4 fevral, AZƏRTAC
Azərbaycan, Rusiya, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik.
AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırma barədə açıqlamasında bildirib.
Mütəxəssislərin işlərini davam etdirdiklərini deyən nazir əlavə edib: “Onlara işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox incə və zəhmət tələb edən işdir”.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 04 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















