Icma.az
close
up
RU
Al qırmızı nağıl dünyası FOTOLENT

Al qırmızı nağıl dünyası FOTOLENT

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 may, AZƏRTAC

Ağgöl Milli Parkının sonsuzluğa qədər uzanan al-qırmızı lalə çölləri yerə sərilmiş təbii xalçanı xatırladır. Bu əsrarəngiz mühitdə nadir quş növlərinin rəngbərəng çiçəklərlə yaratdığı harmoniya təbiətin sonsuz canlılığını bir daha nümayiş etdirir. Parkın ərazisindəki torpaq yollar və uzaqda görünən yaşıl meşə zolaqları bu mənzərəyə xüsusi dərinlik və estetik gözəllik qatır. Günəş şüalarının buludlar arasından süzülərək bu qırmızı “dənizə” düşməsi isə insanda sanki bir nağıl dünyası hissi yaradır.

AZƏRTAC fotoqraf Lyokinin Ağgöl Milli Parkından çəkdiyi fotoları təqdim edir.

Qeyd edək ki, Ağgöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə yaradılıb. Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir.

Milli Parkın yaradılmasında əsas məqsəd Ağgöl və onun ətraf ərazilərində məskunlaşan, miqrasiya edən, yuvalayan çoxsaylı oturaq və köçəri su-bataqlıq quşlarının, məməli heyvanların və onların yaşayış yerlərinin (biotopların) davamlı inkişafını təmin etmək, ərazinin fauna və florasını qorumaqdan ibarətdir.

Ağgöl eləcə də beynəlxalq əhəmiyyət daşıyan, xüsusilə su quşlarının yaşama yeri kimi tanınan və "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli bataqlıq ərazilər haqqında" Ramsar Konvensiyası ilə mühafizə olunan su-bataqlıq ərazisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri