Icma.az
close
up
RU
“Aldanmış Demçenko” təyin edir: 5 ay, yoxsa “+ 1 il”?

“Aldanmış Demçenko” təyin edir: 5 ay, yoxsa “+ 1 il”?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko yanvarın 5-dən iş başındadı. Klubla “5 ay + 1 il” müddətində müqavilə imzalayan ukraynalı artıq komandanı məşqlərə çıxarır.

Düzdü, onun ilk məşq prosesində cəmi 12 futbolçu iştirak etmişdi. Bunlardan yalnız biri – Bruno Franko legioner idi. Klubdan verilən məlumatda bildirildi ki, qalan oyunçular da məşqlərə qoşulub. Artıq “qırmızı-ağlar” tam heyətlə mövsümün qalan hissəsinə hazırlaşır.
Bilindiyi kimi, Elmar Baxşıyevin xələfinin qarşısına premyer-liqada mövsümü ilk “üçlük”də başa vurmaq hədəfi qoyulub. Əslində bu mövzuyla bağlı qarışıqlıqdan sizi xəbərdar etmişdik. Belə ki, Demçenko yerli mətbuata müsahibəsində naxçıvanlıların ölkə kubokunda mübarizəni davam etdirdiyini, başqa sözlə, avrokuboklara həm də bu yolla vəsiqə qazanmağın mümkün olduğunu bildirmişdi. Yəni onun komandanın turnirin 1/8 final mərhələsində “Kəpəz”ə uduzduğuna görə kubokla vidalaşmasından xəbəri yox idi.
“Futbol+” bir neçə cəhddən sonra, nəhayət, bu məsələyə aydınlıq gətirdi. Daha doğrusu, klubun icraçı direktoru Eldəniz Yusubov açıqlamasında bu barədə qarşı tərəfədə məlumat vermədiklərini dedi:

“Andrey Demçenko ilə danışıqlara dekabrın 29-da start verilib. Həmin ərəfədə bir neçə namizədlə danışıq aparırdıq. Hədəflərimizə uyğun olan məşqçinin Andrey Demçenko olduğunu düşündük və onunla müqavilə imzaladıq. Təbii ki, baş məşqçinin qarşısına kuboku qazanmaq hədəfi qoyulmayıb. Bununla belə, ona bu barədə məlumat verilməmişdi. Yenə də görünür, texniki səhv və ya yanlış anlaşılma olub. Bu gün Andrey Demçenko reallıqlardan xəbərdardı”.

Hər halda, ukraynalı bu gün qarşısına qoyulan məqsədə çatmaq üçün nə dərəcədə keşməkeşli yollardan keçməli olduğunu bilir. Axı özü də etiraf edir ki, çempionatda “Sabah”, “Sumqayıt”, “Zirə”, “Neftçi” kimi iddialı rəqibləri var. Düzdü, Masazır təmsilçisinin “futbol ili”ni azı ikinci pillədə başa vuracağını proqnozlaşdırmaq mümkündü. Demçenko bu üzdən yalnız “kimyaçılar”ı, “qartallar”ı və “ağ-qaralar”ı qabaqlamaqla hədəfə çatacağını düşünə bilər.
Bununla belə, o, “Qarabağ”a indidən təslim olmuş kimi görünür. Yoxsa ukraynalı ölkəyə qədəm qoyar-qoymaz “köhlən atlar”ın Çempionlar Liqasının liqa mərhələsindəki uğurlu çıxışından ağızdolusu danışmazdı. Öz aramızdı, bəlkə bunda “Araz-Naxçıvan”ın cari mövsümdə Ağdam təmsilçisinə qarşı keçirdiyi hər iki matçda 5 qol buraxaraq uduzmasının da payı var. Yenə də ukraynalının ümumi vəziyyəti tam təhlil etdiyini düşünmək olmur. Çünki o hələ hansısa müsahibəsində qış fasiləsinə 4-cü sırada yollanan “Turan Tovuz”un adını çəkməyib. Sizcə, “bozqurd”a yuxarıdan aşağı baxmaq olar? Əsla! Kurban Berdıyevin kollektivi ötən “futbol ili”ndə avrokuboklara yollana bilmədiyindən bu mövsümün qalan hissəsində istəyinə çatmaq üçün “dəridən-qabıqdan çıxacaq”. Hələ onu demirik ki, tovuzluların güclü və tələbkar azarkeş ordusu var. Yəqin ki, onlar Kurban Berdıyevin növbəti uğursuzluğuna tolerans münasibət göstərməyəcək.
Kəsəsi, “Qazaxıstanda oldum, hər şeyi gördüm, özümü göstərdim (sonuncu dəfə Qazaxıstan klubu “Jenis”i çalışdıran mütəxəssis bu komanda ilə 14 oyunluq məğlubiyyətsizlik seriyasına imza ataraq 6-cı sıraya yüksəldib və liqanı tərk etmək təhlükəsini sovuşdurub). İndi növbə Azərbaycandadı” sözləriylə iddiasını ortaya qoyan Demçenkoya hələ bir qədər vaxt lazımdı. Görünür, 3-cü pillədəki “Zirə” ilə arada cəmi 2 xal fərqinin olması ukraynalını xeyli arxayınlaşdırıb, loru dildə desək, ağzını sulandırıb. Ancaq Azərbaycan futbolunu əlinin içi kimi bilən Rəşad Sadıqov, ötən mövsümdən ölkəmizdə çalışan Kurban Berdıyev, Sumqayıta bu yay gəlsə də, qısa müddətdə iddialı komanda formalaşdıran Saşa İliç kimi rəqibləri qabaqlamaq asan olmayacaq. Yuxarıda bildirdiyimiz kimi, artıq hansısa səbəbdən, bəlkə də “Araz-Naxçıvan”ın “taktiki gediş”i üzündən kubok şansının olmadığını da bilir.
Odu ki, Demçenkonu çətin 5 ay gözləyir. O, bu çərçivədə həm “qırmızı-ağlar”ın, həm də özünün ölkəmizdəki taleyini müəyyənləşdirməlidi. Özü də yaxşı mənada. Ki, buna məcburdu, Nə ciddi maliyyə sıxıntısı var, nə də heyətdə hansısa çatışmazlıq. Dilinə görə dilçəyinin olub-olmadığını isə zaman gösətərəcək.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Yanvar 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see380

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see245

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see237

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see231

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see221

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see219

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see208

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see197

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see196

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see194

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see193

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see192

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see191

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see189

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see189

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see186

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see185

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see183

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see179

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri