Icma.az
close
up
RU
Aldım qoz, satdım qoz... Azərbaycanın çayı özünə bəs etmir: İdxal ixracdan 20 dəfəyə yaxın çoxdur

Aldım qoz, satdım qoz... Azərbaycanın çayı özünə bəs etmir: İdxal ixracdan 20 dəfəyə yaxın çoxdur

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dəfələrlə xaricdə yaşayan azərbaycanlılardan eşitmişik, onların müxtəlif şəbəkələrdə rəyini oxumuşuq ki, yaşadıqları ölkədə marketlərdə gözü həm də bizim çayı axtarır. Həmvətənlər Azərbaycandan ixrac olunan məhsula böyük ehtiyac duyurlar. Hətta xaricə qonaq gedən yerli adamlar pay kimi çay aparmağı xoşlayırlar. Amma idxal-ixrac statistikasına nəzər salanda böyük suallarla üz-üzə qalmamaq mümkün deyil.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 3,3 faiz artaraq 12 min 893 ton, dəyər baxımından isə 4,5 faiz artaraq 67 milyon 715 min dollar təşkil edib. Bu müddətdə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 4,5 faiz artaraq 679,4 ton, dəyər baxımından isə 1,6 faiz artaraq 5 milyon 998 min dollar olub. Yəni idxalın ixracdan 20 dəfəyə yaxın çox olması göz qabağındadır.

Nədir böyük suallar? Odur ki, niyə belə böyük həcmdə çay idxalına ehtiyac yaranıb? İdxal və ixrac arasında bu cür nəhəng fərq şübhələr yaradır. Xaricdə yaşayan azərbaycanlılardan iddia edən var ki, orada alıb içdikləri heç də Azərbaycan çayı deyil. Həqiqətən də, şübhələrə əsas var. Məsələn, 2019-cu ildə 2,7 min ton çay idxal etmişik. İxrac həcmi çox aşağı olub. Nə baş verib ki, beş il ərzində idxalı 4,5 dəfə artırmağa ehtiyac duymuşuq? Əhalinin kəskin artımı olmayıb. İnsanların seçiminin ciddi mənada dəyişdiyini demək də əsassız görünür. Bəlkə elə doğrudan da ixracı idxalın hesabına həyata keçiririk?

Azərbaycanda çay plantasiyalarının əhatə ediyi coğrafi ərazi geniş deyil. Əsasən, cənub zonasında çay toplanır. “Azərsun Holdinq” açıqlamaların birində Hindistan, Vyetnam və Keniyadan xammal üçün çay aldığını bildirmişdi. Belə çıxır ki, çay sənayesi təsvir edildiyi kimi heç də inkişafda deyil, əksinə, yerli məhsul görüntüsü yaratmaq üçün idxalla baş aldadırıq.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri