Aleksandar Vuçiç: Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belqrad, 13 yanvar, AZƏRTAC
Mən Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç yerli televiziya kanalındakı çıxışı zamanı deyib.
“Azərbaycan Prezidenti, böyük dostumuz İlham Əliyev qərar verdi, bəzi ölkələr bir müddət qaz almayacaq, lakin Serbiyaya hər zaman qaz nəql olunacaq. Bu, ölkəmiz və xalqımız üçün böyük və mühüm qərardır. Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm. Mən onu nə vaxt desə Belqradda gözləyirəm. Çünki biz qarışıq komitələrə malik olmalıyıq və əməkdaşlığımızı daha çox müzakirə etməliyik. Bizim sosial həyatın bütün sahələrində strateji əlaqələrimiz var və bu münasibətlər getdikcə daha da inkişaf edir. Bu, hər zaman belə dostlara arxalana biləcəyimizin yalnız bir göstəricisidir. Belə dostluqlar qurmalısınız”, - deyə Aleksandar Vuçiç vurğulayıb.
Xatırladaq ki, Serbiya Prezidenti ötən gün sosial media hesabındakı paylaşımda Azərbaycandan Serbiyaya təbii qaz nəqlinin dayandırılmayacağını deyib, Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Baxış sayı:84
Bu xəbər 13 Yanvar 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















