Icma.az
close
up
RU
Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı qərar qəbul edib

Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı qərar qəbul edib

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Bu barədə APA-ya Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ittihama görə, qabaqcadan əlbir olan iki şəxs qrup halında birləşib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 170.3-cü maddələrində nəzərdə tutulan əməli törədərək özgə əmlakını günün işıqlı vaxtı, iş vaxtı ərzində qapısı açıq, mülkiyyətçisi çöldə olan qızıl-zinət əşyalarının satışı mağazasına gəliblər.
Şəxs silah qismində tətbiq edilməsi üçün nəzərdə tutulan rezin güllə atan tapança və bıçaq, sellofan torba, tibbi maska və əlcəklə təchiz edilmiş vəziyyətdə mağazaya daxil olub, digər təqsirləndirilən isə kənar şəxs gələcəyi halda məlumat vermək məqsədilə qapının qarşısında dayanmaqla cinayət əməlinin başa çatdırılmasını gözləyib. Şəxs ümumi dəyəri 46 min manatdan çox qiymətləndirilən müxtəlif növ qızıl-zinət əşyalarını salofan torbaya yığıb və mağazanı tərk etdikdə, mağaza sahibi onları görüb. Mağazanın sahibi talandığını aşkar edərək qrupdan əşyaların geri qaytarılmasına çalışıb, lakin qrup üzvləri hadisə yerindən qaçıb. Zərərçəkmiş nəqliyyat vasitəsilə qrupu izləyib, təqsirləndirilən izləndiyini görüb əşyaları köməkçiyə verərək yollarını ayırıblar. Zərərçəkmiş əşyaların icraçıda olduğunu zənn edərək təqibi davam etdirib, iki dəfə yolunu kəsib və hər 2 halda icraçı üzərindəki tapança ilə hədə-qorxu gələrək hadisə yerini tərk etməyə müvəffəq olub.

Birinci instansiya məhkəməsi mağazadan qızıl-zinyət əşyalarını götürməkdə ifadə olunan əməli soyğunçuluq, yolda tapança ilə edilmiş hədəni özünü təqib edəndən qurtarmaq kimi qiymətləndirərək, əməli quldurluqdan soyğunçuluğa tövsif edib. Belə ki, təqsirləndirilən şəxs 180.2.1, 180.2.3, 180.2.5 və 170.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay, digəri isə 180.2.1,180.2.3 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 11 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdrmədən saxlayıb.

Ali Məhkəmənin mövqeyi:

İcraçının tapança ilə edilmiş hədəsi özünü təqib edəndən qurtarmaq kimi deyil, əmlakın qabaqcadan əlbir olan cinayətkar qrupun digər üzvünün (deməli, həm də həmin qrupun üzvü kimi onun özünün) əlində saxlamaq, beləliklə də təqibdən qurtulmaqla fiziki olaraq ələ keçirilən əmlak üzərində sərəncam vermək üçün real (istədiyi kimi həyata keçirilə bilən) imkan əldə etmək cəhdi kimi çıxış edir. Belə olan halda (nə qədər ki, silah qismində istifadə edilən tapança təqib davam etdirildiyi, yəni əmlak üzərində sərəncam vermək imkanı əldə olunmadığı vəziyyətdə zərərçəkmiş şəxsə qarşı tətbiq edilib), bu hərəkət (tapança ilə hədələmə) soyğunçuluq cinayəti başa çatmayan hərəkət kimi qiymətləndirilməlidir.

Məhkəmələrin soyğunçuluq cinayətinin başa çatmış olması haqqında nəticəyə gələrkən həlledici şəkildə istinad etdikləri fakt - ələ keçirilmiş əmlakın sonrakı gedişatda artıq təqib olunmayan köməkçidə olub, fiziki olaraq icraçıda (təqib olunanda) olmaması, əslində araşdırılan cinayətin törədilmə hallarına görə əmlak üzərində sərəncam vermək imkanının əldə edilib-edilməməsi məsələsinin həlli baxımından mühüm əhəmiyyətli xüsusat, əməlin soyğunçuluq kimi tövsifini şərtləndirən hal kimi qiymətləndirilə bilməzdi.

Misal üçün oğurluq və yaxud soyğunçuluq edərkən aşkarlanaraq təqib olunan şəxs fürsət tapıb (təqib edən şəxsin bütöv təqib boyu onu müşahidə edə bilməməsindən istifadə edərək) ələ keçirdiyi qızıl-zinət əşyasını təqibdən qurtulduqdan sonra gəlib götürmək məqsədi ilə qarşısına çıxan hasarın arxasına atırsa və yaxud ağacın budaqları arasında gizlədirsə, bu halda da ələ keçirilmiş əmlak təqibin sonrakı gedişatında cinayət törətmiş şəxsin üzərində fiziki olaraq mövcud olmur. Lakin buna baxmayaraq, sonrakı gedişatda təqib edənə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıq və ya belə zorakılıq tətbiq etmə hədəsi işlədildikdə, artıq belə hərəkət müstəsna olaraq təqibdən özünü qurtarmaq üçün deyil, təqibdən qurtulmaqla bərabər həm də əmlaka çatımlığı (quldurluqla da olsa, cinayəti başa çatdırmaq və bu yolla əmlak üzərində sərəncam vermək imkanının əldə olunmasını) təmin etmək üçün istifadə edilən davranış kimi çıxış edir.

Baxılan işdə də icraçı tapançadan atəş açacağı ilə zərərçəkmiş mağaza sahibini (təqib edəni) hədələyərkən qızıl-zinət əşyalarının fiziki olaraq onun üzərində olmaması işlədilən hədənin hüquqi mənasını dəyişən faktor kimi çıxış etmir, çünki başlanğıcından sonunadək (mağazanın qarşısında icraçı mülkiyyətçi ilə üzə-üzə gəldikdən sonra icraçının mülkiyyətçini ikinci dəfə tapança ilə hədələyib ondan qaçıb qurtulmasınadək) icraçının və köməkçinin davranışları (icraçının mağazanın önündən qaçaraq qızıl-zinət əşyaları olan torbanı köməkçiyə verməsi, təqib olunarkən əvvəlcə birlikdə, daha sonra müxtəlif istiqamətlərə qaçmaları, mülkiyyətçi yaxınlaşdığı hər iki halda icraçının onu tapança ilə hədələməsi) əmlakın cinayətkar qrupun əlində saxlanılaraq onun üzərində sərəncam vermək imkanının əldə olunmasına xidmət edən qabaqcadan və hadisənin gedişatına görə onun axarında razılaşdırılmış hərəkətlər kompleksi kimi özünü göstərir.
Belə vəziyyətdə birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin əslində başlanğıcında oğurluq kimi təzahür edən, ortada soyğunçuluğa keçən, sonda özgə əmlakının cinayətkar qrupun əlində saxlanılması (o cümlədən icraçının əmlaka çatımlığının təmin edilməsi) üçün zərərçəkmişə qarşı tapançadan atəş açma hədəsi ilə müşayiət edilən hərəkətlərin qiymətləndirilməsi (hüquqi tövsifi baxımından) həlledici olmayan faktlardan (hədə işlədildiyi anda qızıl-zinət əşyaları olan torbanın təqib olunan və hədəni işlədən icraçıda deyil, başqa səmtdə qaçdığı üçün təqib olunmayan köməkçidə olmasından) çıxış etməklə icraçının əşyalar olan torbanı köməkçiyə verməsi və sonuncunun qaçması ilə əmlak üzərində sərəncam vermək imkanının əldə olunması (müvafiq olaraq da soyğunçuluq cinayətinin başa çatması), icraçının tapança ilə zərərçəkmişi hədələməsinin isə soyğunçuluq cinayəti başa çatdıqdan sonra baş verməsi (müvafiq olaraq da əhəmiyyətsiz hal olmaqla əməlin quldurluq kimi tövsif edilməsi üçün əsas verməməsi) haqqında nəticələr çıxarmaları düzgün – sübutların məzmunu və işin həqiqi halları ilə uzlaşan mövqe kimi qəbul edilə bilməz. İcraçının öz hədələrini qabaqcadan əlbir olan qrup tərəfindən özgə əmlakı üzərində istədikləri kimi sərəncam vermək imkanı əldə olunmadığı vəziyyətdə (qrupun mənafeyi üçün) işlətməsi nəzərə alındıqda, əməlin hüquqi tövsifi baxımından hədənin xarakterinin (həyat və ya sağlamlıq üçün təhlükəli olub-olmamasının) dəqiq müəyyən edilməsinin nə qədər əhəmiyyətli olduğu açıq-aşkar görünür.

Ali Məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə dindirilərkən icraçının onu tapança ilə hədələdikdə bundan qorxmamasını bildirməsinə diqqəti çəkərək onu qeyd edib ki, özü-özlüyündə bu hal hədənin həyat və ya sağlamlıq üçün təhlükə kəsb etməməsi barədə nəticə çıxarmaq üçün əsas vermir. Çünki, şəxsin ona qarşı yönəlmiş hərəkətdən qorxmaması, qəsdin təhlükəli olmamasından deyil, onun özünün cəsarətli, özgüvənli olması kimi keyfiyyətlərindən irəli gələ bilər ki, belə hallarda da qəsdin hansı xarakterdə olması obyektiv hallara (misal üçün, silah qismində istifadə edilən əşyanın xarakteristikasına, hücumun intensivliyinə), habelə cinayət törədən şəxsin öz hərəkətlərinə subyektiv münasibətinə görə qiymətləndirilməlidir.

Qeyd edilənləri nəzərə alaraq, Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını yeni baxışa göndərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri