Icma.az
close
up
RU
Ali Məhkəmə yanında Elmiməsləhət şurasının növbəti iclasının vaxtı müəyyənləşib AZƏRTAC

Ali Məhkəmə yanında Elmiməsləhət şurasının növbəti iclasının vaxtı müəyyənləşib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının 2025-ci ili fevralın 25-də keçirilməsi planlaşdırılır.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda “İnzibati müqavilə və ondan irəli gələn mübahisələrə baxılmasının xüsusiyyətləri” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

Günümüzdə ictimai xidmətlərin dairəsinin genişlənməsi nəticəsində bəzi hallarda dövlətin öz resursları yetərli olmadığından həmin xidmətlərin həyata keçirilməsinin hüquqi və fiziki şəxslərə həvalə edilməsi təcrübəsinə daha tez-tez müraciət edilir. Bunun nəticəsi olaraq inzibati müqavilə institutunun inkişafı müşahidə edilir. İnzibati müqavilə inzibati orqanların inzibati fəaliyyətinin formalarından biri kimi təzahür edir. Belə müqaviləyə, bir qayda olaraq, ictimai xidmət missiyasının icrası və ya ictimai maraqları ödəmək üçün dövlət orqanı (inzibati orqan və ya publik hüquqi şəxs) ilə xüsusi şəxslər (xüsusi hüququn subyekti olan fiziki və hüquqi şəxslər) arasında bağlanılan müqavilə anlayışı verilir. İnzibati müqavilə xüsusi hüquq müqavilələrindən bir neçə əsas xüsusiyyətlərinə görə fərqləndirilir – inzibati orqanın üstün mövqedə olması, ictimai marağı təmin etmək məqsədilə bağlanması, spesifik hüquqi rejimə tabe olması, inzibati orqan tərəfindən birtərəfli qaydada dəyişdirilməsi imkanlarının mövcudluğu, müqavilə tərəflərinin assimetrik hüquq və vəzifələri və s.

Ölkəmizdə “İnzibati icraat haqqında” Qanunda inzibati müqavilələr inzibati fəaliyyətin forması kimi aşkar təsbit olunmasa da, məhkəmə təcrübəsində belə xarakterə malik müqavilələrin mübahisələndirilməsinə dair işlərə rast gəlmək mümkündür. Bu mənada son dövrlər inzibati müqavilə ilə bağlı məsələlər məhkəmə təcrübəsində aktual müzakirə predmetinə çevrilib.

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət olunur.

Elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 2025-ci il fevralın 10-dək [email protected] elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda, mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət ediləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri