Icma.az
close
up
RU
Ali məktəblərə seçimdə gərgin rəqabət yaradan ixtisaslar Açıqlama

Ali məktəblərə seçimdə gərgin rəqabət yaradan ixtisaslar Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlər avqustun 12-dən 19-dək ixtisas seçimi edə bilərlər.
Bu il ali məktəblərə qəbul zamanı plan yerlərinin sayı ilə yanaşı, abituriyentlərin ayrı-ayrı ixtisaslara marağı da diqqət çəkir. Xüsusilə əmək bazarında perspektivli hesab olunan, yüksək gəlir və karyera imkanları vəd edən ixtisaslar üzrə rəqabətin daha yüksək olacağı gözlənilir.
Bununla yanaşı, bəzi ixtisaslar üzrə plan yerlərinin məhdud olması həmin istiqamətlərdə rəqabətin daha da artmasına səbəb ola bilər. Belə vəziyyətdə abituriyentlərin hansı ixtisaslara daha çox üstünlük verəcəyi və hansı istiqamətlərdə rəqabətin daha yüksək olacağı maraq doğurur.
Bəs 2026/2027-ci tədris ili üzrə ən yüksək rəqabət hansı ixtisaslarda gözlənilir? Abituriyentlərin seçimlərinə hansı amillər təsir edir və əmək bazarındakı tələbat ixtisas seçiminə nə dərəcədə təsir göstərir?
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, birinci ixtisas qrupunda, xüsusilə riyaziyyat-kimya alt qrupunda mühəndislik yönümlü ixtisaslara tələbat kifayət qədər yüksəkdir.
Onun sözlərinə görə, bu sahələr üzrə əmək bazarında mütəxəssislərə tələbat olduğu üçün abituriyentlərin mühəndislik ixtisaslarına marağı yüksək olaraq qalır:
“Riyaziyyat-informatika alt qrupunda isə əsasən kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data analitikası, mexatronika və robototexnika kimi ixtisaslara maraq xüsusilə çoxdur. Son illərdə texnologiyanın inkişafı və bu istiqamətdə yeni peşələrin formalaşması da abituriyentlərin həmin ixtisaslara üstünlük verməsinə ciddi təsir göstərir. Xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik və data analitikası kimi sahələr gələcək üçün perspektivli istiqamətlər hesab olunduğundan, bu ixtisaslara marağın yüksək olması təbiidir.
İkinci ixtisas qrupuna gəldikdə isə burada maliyyə, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, biznesin idarə edilməsi kimi ixtisaslara tələbat hər zamankı kimi yüksəkdir. Eyni zamanda logistika ixtisasına da maraq kifayət qədər çoxdur. Bu istiqamətlər həm iqtisadiyyat, həm də idarəetmə sahəsində geniş iş imkanları yaratdığı üçün abituriyentlərin diqqətini cəlb edir. Ona görə də ikinci ixtisas qrupunda da müəyyən ixtisaslar üzrə rəqabətin yüksək olduğunu müşahidə edirik.
Üçüncü ixtisas qrupunda da müəllimlik ixtisaslarına maraq bu il yüksək olaraq qalır. Xüsusilə müəllimlik peşəsinə olan maraq nəzərə alınaraq demək olar ki, üçüncü ixtisas qrupu bu il də rəqabətin yüksək olduğu ixtisas qruplarından biridir. Abituriyentlərin bu qrupda müəyyən ixtisaslara üstünlük verməsi həmin istiqamətlər üzrə keçid ballarına və rəqabətə də təsir göstərə bilər.
Dördüncü ixtisas qrupuna gəldikdə isə burada əsasən tibb yönümlü sahələr üstünlük təşkil etdiyi üçün rəqabətin də yüksək olacağı gözlənilir. Tibb sahəsinə olan ənənəvi yüksək maraq bu qrupda rəqabətin formalaşmasına əsas səbəblərdən biridir. Bununla yanaşı, kimya və biologiya müəllimliyi ixtisaslarına da marağın yüksək olduğu gözlənilir. Eyni zamanda fizioterapiya, əczaçılıq, tibb bacısı və tibb qardaşı kimi ixtisaslara da abituriyentlər tərəfindən kifayət qədər maraq göstərilir.
Yəni ümumilikdə tibb ixtisasına yüksək bal toplamaqla qəbul şansı olmayan və ya bu istiqamətdə alternativ seçim etmək istəyən abituriyentlər digər tibb və səhiyyə yönümlü ixtisaslara da üstünlük verirlər. Bu baxımdan dördüncü ixtisas qrupunda yalnız tibb ixtisasına deyil, digər səhiyyə və biologiya yönümlü ixtisaslara da marağın kifayət qədər yüksək olduğunu deyə bilərik.
Ümumilikdə isə hər bir ixtisas qrupu üzrə abituriyentlərin seçiminə həm həmin sahəyə maraq, həm gələcək iş imkanları, həm də əmək bazarında həmin peşələrə olan tələbat təsir göstərir. Bu səbəbdən bəzi ixtisaslarda rəqabətin daha yüksək olması tamamilə təbiidir”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Avqust 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri