Ali Yerlikayadan zəlzələ ilə bağlı İLK AÇIQLAMA
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbuldakı 6.2 bal gücündəki zəlzələ ilə bağlı ilk dəfə açıqlama verib.
BAKU.WS xəbər verir ki, nazir Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ ilə bağlı işlərə cəlb edildiyini qeyd edib:
"İstanbulda Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verib. Ətrafdakı əyalətlərdən də hiss olunan zəlzələ ilə əlaqədar olaraq, AFAD və əlaqəli təşkilatların bütün komandalarını bu ərazilərə cəlb etmişik. Zəlzələdən təsirlənən vətəndaşlarımızdan keçmiş olsun demək istərdim. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun".
Xatırladaq ki, bu gün Türkiyənin İstanbul şəhərində zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ 3,9 bal gücündə olub. Yerin 6,99 km dərinliyində yerləşib. Daha sonra İstanbulda 6, 2 maqnitudalı ikinci zəlzələ baş verib.
Zəlzələ 10 saniyə davam edib. Afterşoklar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 23 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















