“Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İranla müharibəni istədiyimiz vaxt qazana bilərik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Salem News Channel”a müsahibəsində deyib.
İrana qarşı hərbi güc tətbiq etməkdən çəkilib-çəkinməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp birmənalı şəkildə “Xeyr, heç çəkinməzdim” deyib. İrana qarşı hərtərəfli hərbi əməliyyatlara qayıdıb-qayıtmayacağı ilə bağlı suala isə Ağ Ev rəhbəri “Bu mümkündür” cavabını verib.
İranla hər hansı yeni sazişə ehtiyac duymadıqlarını qeyd edən ABŞ Prezidenti ölkəsinin Tehranla münasibətlərdə güclü mövqedə olduğunu dilə gətirib.
Tramp bildirib ki, müharibədən əvvəlki dövrlə müqayisədə hazırda Hörmüz boğazından daha çox neft daşınır.
O, bölgədəki vəziyyəti də dəyərləndirib: “Biz Venesuelanı qazandıq və Hörmüz boğazına nəzarət edirik. Boğaz tamamilə bizim nəzarətimizdədir”.
İranla mümkün müharibənin ABŞ üçün “asan” olacağını söyləyən Tramp istədikləri vaxt qələbə qazana biləcəklərini vurğulayıb: “Hazırda müharibəni qazanmaq prosesinin ortasındayıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2026 06:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















