Icma.az
close
up
RU
Alimlər balinaların əslində neçə il yaşadığını müəyyən etdi

Alimlər balinaların əslində neçə il yaşadığını müəyyən etdi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Balinalar təkcə planetdə indiyədək yaşamış ən böyük heyvanlar deyil, həm də uzunömürlülükləri ilə seçilirlər.

Qaynarinfo-nun "İflscience" jurnalına istinadən məlumatına görə, yeni bir tədqiqat göstərib ki, cənub balinaları "uzunömürlülük klubu"nun üzvləri olub və onların 130 ildən çox yaşaya biləcəyi müəyyən edilib. 

Nəşr yazır ki, bunu təsdiqləmək üçün tədqiqatçılar son 40 ildə aparılmış cənub və şimal-atlantik balinalarının fərdi müşahidə proqramlarından əldə edilən fotoşəkilləri öyrəniblər. Bu məlumatlardan istifadə edərək alimlər populyasiyanın müəyyən yaşlara çatma ehtimalını göstərən "yaşama əyriləri"ni tərtib ediblər. 

Araşdırmanın nəticələri göstərib ki, cənub balinalarının orta ömür uzunluğu 73,4 ildir, lakin populyasiyanın 10%-i 131,8 ildən çox yaşaya bilir. Bu isə əvvəlki elmi təsəvvürlərdən demək olar ki, iki dəfə çoxdur, çünki alimlər onların ömrünü 70-80 il olaraq qiymətləndirirdilər.

Lakin şimal-atlantik balinaları üçün vəziyyət o qədər də ürəkaçan deyil: onların orta ömür uzunluğu cəmi 22,3 ildir və populyasiyanın yalnız 10%-i 47,2 ildən çox yaşaya bilir.

Bu iki növ bir-biri ilə yaxın qohum olduğu halda, ömür uzunluğunda belə böyük fərq nədən qaynaqlanır? Araşdırmanın müəllifi Qreq Briddin sözlərinə görə, bu fərq onların bioloji quruluşlarından deyil:

"Onlar əslində daha uzun yaşamalıdırlar. Lakin balıqların ovlanması üçün istifadə olunan torlara dolaşmaq, ya da gəmilərin vurması səbəbindən həyatlarını tez itirirlər. Bundan əlavə, aclıq çəkirlər ki, bu da bizim tam anlamadığımız ekoloji dəyişikliklərlə bağlı ola bilər".

Alimlərin balinaların ömür uzunluğunu indiyədək müəyyən edə bilməməsi isə texnologiya və məlumat çatışmazlığı ilə bağlı idi. 20-ci əsrin ortalarında tələb olunan texnologiya mövcud olsa da, analiz üçün kifayət qədər məlumat yalnız indi toplanıb.

"Biz balinaların yaşını necə müəyyənləşdirəcəyimizi 1955-ci ilə qədər bilmirdik və bu, sənaye balina ovu dövrünün sonunda idi. O vaxta qədər öyrənə biləcəyimiz yaşlı balinalar az qalmışdı. Bu səbəbdən onların uzun yaşamadığı qənaətinə gəlmişdik", deyə Bridd qeyd edib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri