Icma.az
close
up
RU
Avropa meşələrini itirir: Alimlər ciddi təhlükə barədə xəbərdarlıq edir

Avropa meşələrini itirir: Alimlər ciddi təhlükə barədə xəbərdarlıq edir

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa tədricən meşələrini itirir. İqlim dəyişikliyi səbəbindən ağacların budaqları seyrəkləşir və zərərvericilər onları məhv edir. 

Qaynarinfo xəbər verir ki, "Euractiv" nəşrinin məlumatına görə, bu proses son illərdə daha da sürətlənib.

Təbiət hadisələri və Yer sistemləri üzrə elmi araşdırmalar aparan "Natural Hazards and Earth System Sciences" təşkilatının yeni tədqiqatı, 2018–2022-ci illər arasında Avropa meşələrinə quraqlıq və istiliyin təsirini araşdıraraq, 2010–2014-cü illərlə müqayisə edib. Nəticələr göstərib ki, iqlim dəyişikliyi ən çox Mərkəzi Avropanı vurub. Bu bölgədə meşə örtüyü əhəmiyyətli dərəcədə azalıb, ağacların budaqları seyrəkləşib və onlar xüsusilə qabıq böcəkləri (koroyedlər) tərəfindən zədələnib.

Tədqiqatın nəticələrinə əsasən, həm iynəyarpaqlı, həm də yarpaqlı ağaclar bu prosesdən zərər görüb, lakin yarpaqlı növlərin daha həssas olduğu müəyyən edilib. Mərkəzi Avropanın meşələri hazırda ciddi stress altındadır və meşəçilik sahəsində iqtisadi itkilərin milyardlarla avro olduğu bildirilir.

Cənubi Avropa: Meşə yanğınları əsas təhlükədir

Cənubi Avropa xüsusilə İtaliya və İspaniya, quraqlığa daha yaxşı uyğunlaşsa da, bu bölgələrdə də meşə örtüyünün azalması müşahidə olunur. Meşə yanğınları isə əsas təhlükə olaraq qalır.

Şimali və dağlıq bölgələr: Fərqli problemlər

Şimali Avropada (Finlandiya, İsveç və Norveç) təsirlər daha yüngül olsa da, burada da iynəyarpaqlı ağaclar böcək hücumlarından əziyyət çəkir.

Alp dağlarında isə iqlim dəyişikliyinin təsirləri daha kompleksdir. Burada torpaq eroziyası, torpaq sürüşmələri və ağac növlərinin dəyişməsi meşələri təhlükə altına alır.

Rekord isti və meşə yanğınları

Hesabatda vurğulanır ki, istixana qazlarının emissiyasının azaldılması istiqamətində müəyyən irəliləyiş olsa da, ekstremal hava hadisələri daha aktiv tədbirlərin görülməsini zəruri edir.

2024-cü ilin statistikasına görə, cəmi doqquz ay ərzində Avropada 370.000 hektardan çox meşə yanıb. Bundan əlavə, ötən yay təkcə Avropada deyil, bütün dünyada müşahidə olunan ən isti yay olub.

Qlobal istiləşmənin turizmə təsiri

İqlim dəyişikliyi təkcə meşələrə deyil, həm də qış turizminə təsir edir. Alp dağlarındakı bir sıra xizək kurortları qar çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. "Eurac Research" təşkilatının araşdırmasına görə, son 100 ildə Alp bölgəsində qar yağışı 30% azalıb, bəzi cənub-qərb bölgələrində isə bu göstərici 50%-ə çatıb.

Bundan başqa, "InsureandGo" sığorta xidmətinin hesabatına əsasən, Böyük Britaniyadan olan turistlərin 80%-i beş il ərzində məşhur Avropa kurortlarının həddindən artıq isti olacağından narahatdır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Mart 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri