Alimlərin KƏŞFİ: Yaraların sağalmasını sürətləndirən yeni biogel
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kolumbiya Universitetinin alimləri yoğurtun hüceyrəxarici strukturlarından istifadə edərək toxumaların bərpası, yəni yaraların sağalması üçün yeni biogel hazırlayıblar.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, elmi tədqiqatın nəticələri “Matter” jurnalında dərc olunub.
Məlumata görə, layihənin əsasında hüceyrələrin bioloji siqnalları ötürmək üçün istifadə etdiyi mikroskopik qabarcıqlar - hüceyrəxarici vezikullar (EV) dayanır. Onlar yüzlərlə zülalı və genetik material fraqmentlərini daşıyır və sağalma proseslərini işə sala bilir.
Adətən belə vezikullar insan və ya heyvan hüceyrə kulturlarından əldə olunur, lakin prosesin mürəkkəbliyi və yüksək qiyməti istehsalın səmərəliliyini məhdudlaşdırır.
Alimlər komandası isə gözlənilməz alternativ tapıb: yoğurtda olan vezikullardan istifadə ediblər.
Bu vezikullar böyük həcmdə material əldə etməyə imkan verməkdən savayı, həm də yeni gelin əsas qurucu elementinə çevrilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 19 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















