“Azərbaycan artıq enerji qıtlığı riski yaşamır” İqtisadçı real vəziyyəti açıqladı
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün ölkədə elektrik enerjisi ilə bağlı real durum necədir?. Bu su “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı gündəmə gətirib. Çünki belə hadisələr hər ay və ya hər il olmur. Zaman və əmək və pul (investisiya) lazımdır.
İqtisadçı Eldəniz Əmirov "Sherg.az"a bildirib ki, oxşar hadisə 2023-cü ildə Qaradağda Günəş Elektrik Stnsiyasının açılışı ilə baş verib:
"230 MVt gücündə Qaradağ GES sənaye miqyaslı günəş layihəsi kimi region üçün böyük ölçü idi və hər il 500 mln. kVt saat istehsal, 110 mln. kubmetr qaz qənaəti, 200 min ton emissiya azalması kimi nəticələr verib. Bu gün “Xızı-Abşeron” kimi yeni külək güclərinin gəlməsi, əslində, ayrı ayrı hadisələrdən çox, ardıcıl qurulan bir sistemin göstəricisidir. Nəzərə alaq ki, bu stansiya 240 MVT olmaqla gücənə görə Qaradağdakı stansiyadan daha böyükdür.
3 ay əvvəl, daha dəqiqi oktyabrda energetika naziri hörmətli Pərviz müəllimin bir geniş məqaləsi yayımlanıb. Orda verilən rəqəmlər ən son geniş statistikadır. Orda göstərilib ki, həmin dövr üçün ölkənin elektrik enerjisi istehsalı gücü 9732,5 MVt səviyyəsinə çatıb. Ötən illə müqayisədə artım 1317 MVt, yəni 15,6 faizdir.
Digər vacib məqam odur ki, artım tək generasiya ilə məhdudlaşmır, şəbəkə imkanları da genişlənir və sistemin gücü 29 714 MVA səviyyəsinə yüksəlib. Yəni yeni güclər yaranır, o gücləri qəbul edən, daşıyan, balanslayan infrastruktur da addım addım böyüyür".
E. Əmirov qeyd edib ki, hazırda istehsal strukturunda 81,2 % payla istilik stansiyaları şəriksiz liderdir. İstilik stansiyaları 7903 MVt, su elektrik stansiyaları 1443,5 MVt, günəş stansiyaları 278,2 MVt, külək stansiyaları 63,5 MVt, bərk məişət tullantıları üzrə 37 MVt, hibrid stansiyalar üzrə 7,3 MVt gücə malikdir: "Su elektrik stansiyaları daxil olmqla bərpa olunan mənbələr üzrə güc isə ümumi 1829,6 MVt səviyyəsindədir və ümumi gücdə təxminən 18,8 % pay deməkdir. Bu payın yaxın illərdə sürətlə böyüməsi planlaşdırılır və 2027-ci ilə qədər bərpa olunan enerjinin quraşdırılmış gücdə payının 33,7 %-ə çatdırılması hədəfi qoyulub.
Hazırda davam edən müzakirələr, mövcud müqavilələr isə onu deməyə əsas verir ki, bu istiqamətdəki hədəfin arxasında çox konkret iqtisadi məntiq dayanır. Və bu məntiqlə illik 5 mlrd. kVt saat əlavə yaşıl enerji, 1 mlrd m3-dan artıq qaz qənaəti, 2,3 mln. tona qədər emissiya azalması gözləyirik.
Digər bir məsələ isə elektrik enerjisi real istehsal həcmi və ixracı ilə bağlıdır. Burda da rəqəmlər pis deyil. Real artım qənaətbəxş hesab edilə bilər. Belə ki, 2024-cü ildə 28,4 mlrd. kVt saat elektrik enerjisi istehsal olunub, 24,1 milyardı daxili tələbatı ödəyib, 1,4 milyardı ixraca yönəlib, idxal isə 70,7 mln. kVt saat olub. Bu ilin ilk 9 ayında isə istehsal 21,8 mlrd. kVt saat, ixrac 989,6 mln., idxal 145 mln. kVt saat olub. Deməli, 2025-ci ilin sonunda da açıqlanan rəqəmlərdə elektrik enerjisi yenə də qeyri neft ixracı üçün də real məhsul olacaq. Elə illər olub ki, elektrik enerjisinin ixracı qeyri-neft ixracında zirvəyə qalxıb. Bu da enerji sektorunun iqtisadiyyatda çəkisini artırır".
İqtisadçı qeyd edib ki, bir ərəb dövlətinin (BƏƏ, Masdar) Qaradağda, digər ərəb dövlətinin (SƏ, ACWA Power) Xızıda enerji layihələrinə sərmayə yatırması bu ölkənin enerji sektorunda investisioya mühitinə dair ciddi siqnaldır. Və bu siqnal başqa investorlar üçün də açıq “kitab”dır: "Yəqin bir müddət sonra BP-nin də bu istiqamətdə real işinin nəticəsi enerji sektoru üzrə investisiya mühitinə dair real müsbət əsas yaradacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Yanvar 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















