Icma.az
close
up
RU
Allahşükür Paşazadə: Məqsədimiz dini liderlərin məşvərətçi qurumunun BMT də təmsil olunmasıdır

Allahşükür Paşazadə: Məqsədimiz dini liderlərin məşvərətçi qurumunun BMT də təmsil olunmasıdır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Astana, 19 sentyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın təşkil etdiyi Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayının yüksək səviyyədə keçirildiyini bildirib.

AZƏRTAC xəbər verir ki, şeyxülislam jurnalistlərə açıqlamasında deyib ki, dünyanın nüfuzlu dini liderlərinin ənənəvi Zirvə görüşü olan Qazaxıstan qurultayları beynəlxalq aləmdə öz önəmini iki onillikdən artıq müddətdə təsdiqləyib. Astana qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərlə siyasi və ictimai xadimlərin daimi fəaliyyətdə olan platforma olmasındadır.

QMİ sədri dünyada mövcud vəziyyətin mürəkkəbliyinə toxunaraq bildirib: "Həyat çox çətin mərhələdə inkişaf edir. Dünyada müharibələr, qırğınlar, nüvə silahından istifadə təhdidi var. Əsas məqsəd din və məzhəblər arasındakı, habelə İslamdaxili münaqişələrin aradan qaldırılması üçün yol axtarışıdır. Həmçinin, bu gün dünyada baş verən hadisələrə qiymət verməkdir".

Allahşükür Paşazadə vurğulayıb ki, konfransda 60-a yaxın dövlətin nümayəndələri, dini liderlər, xarici qonaqlar, ictimai xadimlər və başqaları iştirak ediblər.

Şeyxülislam Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündən danışaraq deyib:"Zati-aliləri tam şəkildə Azərbaycanı dəstəkləyir, Prezident İlham Əliyevi qardaş adlandırır. Fəxrlə vurğulayır ki, biz hər zaman Azərbaycanı dəstəkləmişik və dəstəkləyirik".

QMİ sədri əlavə edib ki, Kasım-Jomart Tokayev Vaşinqtonda imzalanan üçtərəfli bəyannamə ilə bağlı onu təbrik edib. "Bütün müsəlmanlar sevinir ki, Qarabağ məsələsi öz həllini tapıb", - deyə o diqqətə çatdırıb.

Allahşükür Paşazadə qeyd edib ki, dinlərarası dialoq müstəvisində Azərbaycan böyük əhəmiyyət daşıyır, ölkəmizdə sivilizasiyalar, dinlərarası dialoqa və əməkdaşlığa dair mötəbər forumlar keçirilir:”Multikulturalizmə və İslam həmrəyliyi ideyalarına həsr olunmuş mühüm beynəlxalq forumlar müdrik dövlət rəhbərimizin rəhbərliyi ilə keçirilib”.

QMİ sədri xüsusi vurğulayıb ki, Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir. O, ölkəmizdə və xaricdə keçirilən bütün beynəlxalq platformalarda bu qürurverici reallığın şahidi olmaqdan fəxarət duyduğunu qeyd edib:“Bakının ev sahibliyi etdiyi sivilizasiyalar və mədəniyyətlərarası dialoqa dair ənənəvi forumlar, Dini Liderlərin Ümumdünya Bakı sammitləri, COP29 çərçivəsində keçirilən Dini Liderlərin Zirvə görüşü kimi tədbirlər Azərbaycanın mənəvi ideyalar mərkəzi olan lider dövlət statusunu dünyaya bəyan edir. Azərbaycan bu missiyasını davam və inkişaf etdirəcək”.

Şeyxülislam gələcək planlara da toxunaraq deyib: "Məqsədimiz uzun illərdir irəli sürdüyümüz təşəbbüs əsasında dini liderlərin məşvərətçi qurumunun BMT-də təmsil olunmasıdır. Çünki din haqqında çıxış edənlər siyasi xadimlərdir, halbuki din xadimləri özləri öz hüquqlarını qorumalı, sözlərini deməlidirlər".

Allahşükür Paşazadə Astana Qurultayında iştirak edən BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmizin, dini mərkəz olaraq QMİ-nin səmərəli əməkdaşlıq təcrübəsinin olduğunu da diqqətə çatdırıb.

Növbəti Astana Qurultayının 2028-ci ildə keçiriləcəyini, ondan əvvəl isə katibliyin hər il toplaşacağını qeyd edən QMİ sədri 23 illik tarixə malik Dünya və Ənənəvi Dinlərin Liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olduğunu deyib. "Qazaxıstan türkdilli ölkələr arasında xüsusi rolu olan, Mərkəzi Asiyada dinlər arasında dialoqun inkişaf etdirilməsi təşəbbüsləri ilə seçilən dövlətdir" - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri Ravan Həsənov da konfransda iştirak edib və tədbirin işində fəal rol oynayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri