Icma.az
close
up
RU
Allahşükür Paşazadə: Rəqəmsal texnologiyaların inkişafı yeni imkanlarla yanaşı, yeni təhdidlər də gətirir

Allahşükür Paşazadə: Rəqəmsal texnologiyaların inkişafı yeni imkanlarla yanaşı, yeni təhdidlər də gətirir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 17 sentyabr, AZƏRTAC

Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu gün paytaxtda keçirilən Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayında iştirak edib.

AZƏRTAC-ın məlumatına görə, "Dinlərin dialoqu – gələcək naminə sinerji" mövzusunda keçirilən qurultayda çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və Prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Dini lider çıxışında bildirib: "Dünyanın nüfuzlu dini liderlərinin ənənəvi zirvə görüşü olan Qazaxıstan Qurultayları beynəlxalq aləmdə öz önəmini iki onillikdən artıq müddət ərzində təsdiq etmişdir. Astana qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərlə siyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platforması olmasındadır”.

Şeyxülislam bu əhəmiyyətli ideyanın həyata keçirilməsi və davamlılığının təmin edilməsi üçün Qazaxıstan dövlətinə və onun rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın tərəqqi və mənəvi inkişaf yollarında inamla irəliləməsini qeyd edib. “Əminik ki, Qazaxıstan dövləti dinlər və sivilizasiyalararası dialoqun inkişafı prosesində fəal rolunu bundan sonra da davam etdirəcək”, - deyə o söyləyib.

Dini lider çıxışında müasir dünyada baş verən müharibələr və qarşıdurmalara toxunub. “Dünyanın müxtəlif nöqtələrində günahsız insanların qətl və faciələrinə son qoyulması üçün mənəvi məsuliyyətimizdən çıxış etməli, beynəlxalq hüququn qüvvə və imkanlarından istifadə etməliyik”, - deyə qeyd edib.

Süni intellektin həyata təsiri ilə bağlı narahatlığını ifadə edən A.Paşazadə qeyd edib ki, rəqəmsal texnologiyaların inkişafı yeni imkanlarla yanaşı, yeni təhdidlər də gətirir. Bu sahədə mənəvi-etik hədlərin gözlənilməsi və yaranması mümkün fəsadların qarşısının alınması əhəmiyyətlidir. Çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə toxunan dini lider azad edilən ərazilərdə mədəni-mənəvi irsimizə qarşı vandalizmin ağır nəticələrini aradan qaldıraraq genişmiqyaslı quruculuq işlərinin aparıldığını vurğulayıb. O, qardaş Qazaxıstanın Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzini hədiyyə olaraq inşa etdirməsinə görə dərin təşəkkürlərini bildirib.

Qurultayın yüksək səviyyədə təşkil olunmasına görə Qazaxıstan dövlətinə və onun rəhbərliyinə minnətdarlığını ifadə edən A.Paşazadə Uca Yaradandan ölkələrdə daimi sülh və əmin-amanlığın hökm sürməsini diləyib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri