Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Allahverdiyev: “Klublarımız buna hazır deyil”

Allahverdiyev: “Klublarımız buna hazır deyil”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İmişli”də şef-skaut Rəsul Allahverdiyev vəzifəsindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Funksioner “Futbolpress.az“a açıqlamasında postunu tərk etməsinin səbəbini söylədi:

– Ayrılığınız nə ilə bağlı oldu?
– Klub açıqlama verib. Qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq.

– Ötən mövsüm bu posta təyinat almışdınız. Fəaliyyətinizin qısa çəkməsinin səbəbi nədir?
– Özüm ayrılmaq istəyirdim. Qarşı tərəf də buna hörmətlə yanaşdı, yolları ayırdıq. Klub ciddi bir liqada oynayır. Orada əziyyət çəkən yaxşı niyyətli adamlar var. Subyektiv səbəblərdən danışıb motivasiyalarına təsir etmək istəmirəm. İşlədiyimiz qısa zamanda əlimdən gələni etdim ki, klub üçün faydalı işlər görək. Bundan sonrakı dövrdə də orada davam edən peşəkar düşüncənin, inkişaf niyyətinin daşıyıcısı olan dostlarıma uğurlar arzu edirəm. Ümid edirəm ki, onlar bizim dəyişdirə  bilmədiklərimizi edəcək və futbol üçün faydalı işlər görə biləcəklər.

– Bundan sonra yenidən menecer kimi fəaliyyətinizə davam edəcəksiniz?
– Siz “menecer” deyəndə “futbolçu agenti” kimi anlaşılır. Mənim heç vaxt belə bir fəaliyyətim, oyunçu təmsilçisi lisenziya statusum olmayıb. Bununla bağlı bir yalnış anlaşılma var. Bunu elə bu fürsətdən istifadə edib düzəltmək istədim. Mən illərdir futbol idarəçiliyi və skautinqdə ixtisaslaşmışam. Əvvəl də fəaliyyətlərim oyunçuları kəşf etmək, seçmək, onları mütəxəssislərimiz vasitəsi ilə hazırlayıb müasir Avropa futboluna adaptasiya etmək olub. İndi də o işlər davam edir. ‘İmişli”yə gələrkən futbol etikası normalarına uyğun olaraq beynəlxalq oyunçu skautinqi və adaptasiya mərkəzi olan “Pelikan”ın CEO postundan istefa vermişdim. İndi orada başqa dostumuz bu vəzifəni icra edir. Mənim planlarım isə fərqlidir. Çox böyük ehtimalla yenə ölkə xaricinə gedəsi olacam. Təssüf ki, Azərbaycanda skautinqin özünün ciddi mənada işləməsi üçün xeyli mərhələlər keçilməlidir, maariflənmə prosesinə ehtiyac var. “Komanda mühəndisliyi” məsələsində primitiv anlayışlarımız hələ yoxdur.

– Azərbaycanda skautinq sisteminin yaxşı inkişaf etməməsinin səbəbləri nələrdir?
– Skautinqin nə olduğu, normaları və faydaları barədə məlumatın az olması ilə bağlıdır. Skautinq oyunçu inkişafının növbəti mərhələsini müəyyənləşdirən elmdir. Klublarımız buna hazır deyil. Söhbət təkcə mənim ayrıldığım komandadan getmir.

– Bu sahədə ixtisaslaşmış kadrsınız. Yeni İnkişaf Strategiyasında skautinq üzrə planlar var. AFFA-ya bu istiqamətdə hansısa təklifləriniz olubmu?
– AFFA-ya bu barədə sonuncu təklifimi 2024-cü ilin martında etmişəm. Belçikalıların yazdığı proqrama tövsiyyələr ilə bağlı, baş katibin müavini Kamran Vəliyev dəvət etmişdi, ona futbol təmayüllü litsey ideyasında geniş layihə verdim. Səs-səmir çıxmadı. Həmin layihəni möhürlü və imzalı şəkildə e-poçtla da göndərmişdim. Sonra ilin axırında gördüm ki, layihənin adını və təqdimat formasını dəyişərək belçikalıların proqramına daxil edib təqdim edirlər. Bu keçən müddətdə heç olmasa, çağırıb fikrimi almadılar ki, siz bu ideyanın Ukraynada, Türkiyədə həyata keçirilməsində iştirak etmisiniz, bəlkə, hansısa detallarda təcrübəçi kimi köməyiniz dəyər. O vaxtdan təklif verməyi dayandırmışam.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see732

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see696

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see695

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see508

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see342

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri