Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Alman kəşfiyyatı: İran Avropada terror hücumlarını artıra bilər

Alman kəşfiyyatı: İran Avropada terror hücumlarını artıra bilər

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın daxili kəşfiyyat xidməti İranın müharibə başa çatdıqdan və rejim üzərində təzyiq azaldıqdan sonra Avropada terror fəaliyyətini genişləndirə biləcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi (BfV) "Euractiv"ə verdiyi şərhdə bildirib.

Alman xüsusi xidmət orqanlarının məlumatına görə, mümkün hədəflər arasında yəhudi və İsrail qurumları, İran müxalifləri, eləcə də Tehran tərəfindən rejimə düşmən hesab edilən digər şəxslər ola bilər.

BfV qeyd edib ki, Almaniyada yaşayan və İran üçün hərbi hazırlıq keçmək və ya Tehranla əməkdaşlıq etmək üçün bu ölkəyə səfər etmiş şəxslərlə bağlı halları da izləyir.

Qurumun açıqlamasında bildirilir ki, “BfV hesab edir ki, müharibə başa çatdıqdan sonra İran rejimi öz kəşfiyyat xidmətlərini rejim əleyhdarlarının axtarışı və təqibi üçün səfərbər edə bilər. Xüsusilə (pro-)yəhudi, (pro-)İsrail və ABŞ obyektləri, İran müxalifləri və "xəyanətkar" hesab edilən digər şəxslər hədəfə alına bilər”.

Alman kəşfiyyatı hesab edir ki, aktiv münaqişə mərhələsi başa çatdıqdan sonra Tehran xarici əməliyyatlara daha çox resurs yönəldə bilər.

Qurumun məlumatına görə, İran xüsusi xidmət orqanları dövlət terrorizmi həddinə çata biləcək üsullardan istifadə etməyə hazırdır. BfV-nin qiymətləndirməsinə əsasən, bu fəaliyyətlərə konkret şəxslərə təhdidlər, gizli müşahidə və mümkün hücumlara hazırlıq daxildir.

Alman kəşfiyyat mənbələri "Euractiv"ə bildiriblər ki, Almaniyadan İrana ən azı onlarla şəxs səfər edib və onların sonradan İran rejimi üçün fəaliyyət göstərə biləcəyi ehtimal olunur.

BfV əlavə edib ki, Almaniyada yəhudi və İsrail obyektləri, eləcə də İran müxalifət nümayəndələri üçün təhlükə səviyyəsi yüksək olaraq qalır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri