Icma.az
close
up
RU
Almaniya depressiyada... İş itkisi artır

Almaniya depressiyada... İş itkisi artır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Almaniyada aparılan araşdırmaya görə, depressiya səbəbiylə işdən qaçan günlərin sayı keçən il 2023-cü ilə nisbətən 50 faiz artıb.

Bizimyol.info xəbər verir ki, Almaniyanın sağlamlıq sığortası təşkilatı DAK-Gesundheit tərəfindən açıqlanan məlumatlara görə, son bir ildə ölkədə depressiya diaqnozlarında böyük bir sıçrayış var.

Buna görə keçən il depressiya səbəbiylə istifadə edilən xəstəlik məzuniyyətində 2023-cü ilə nisbətən təxminən yüzdə 50 artım oldu. Keçən il hər 100 işçi üçün 183 iş günü itkisi olub, bu rəqəm bir il əvvəl 122 gün olaraq qeyd edilmişdi. Federal Statistika İdarəsinin hesablamalarına görə, 2023-cü ildə Almaniyada orta hesabla 15,1 iş günü itiriləcək. Bu, bir çox Avropa ölkəsindən yüksək göstəricidir.

Andreas Storm, DAK İdarə Heyətinin Sədri: "Psixi xəstəliklər həm işçilər, həm də işəgötürənlər üçün uzunmüddətli iş itkisi deməkdir", - deyib. Storm depressiya və narahatlıq pozğunluqlarının səbəbləri haqqında məlumatlılığın artırılmasını və psixi sağlamlığı gücləndirmək üçün dəstək proqramlarının yaradılmasını tələb edib.

Mütəxəssislərin fikrincə, bu vəziyyətdən bütün yaş qrupları əziyyət çəkir. Bir neçə ildir ki, gənclər üçün rəqəmlər tədricən artsa da, 2024-cü ildə yaşlı yaş qruplarında kəskin artım müşahidə olunur. 60 yaşdan yuxarı insanlar arasında depressiya səbəbindən işdən yayınma 100 işçiyə düşən 169 gündən 249 günə yüksəlib. Verilən məlumata görə, 2024-cü ildə psixi xəstəliklə əlaqədar xəstəlik məzuniyyətinin orta müddəti 33 gün olub ki, bu da əvvəlki ildən bir qədər çoxdur.

29 gündən 42 günə qədər davam edən uzunmüddətli xəstəliklər haqqında məlumatların sayı 14 faiz artıb.Peşələr əsasında; Körpələr evi işçiləri və yaşlılara qulluq edən işçilər ən çox risk altında olan qruplardır. 2022-ci ildə hər 100 işçiyə 494 iş günü itkisi olduğu halda, bu rəqəm 586-ya yüksəlib. Səhiyyə, nəqliyyat, hüquq və inzibati işlərdə də yüksək göstəricilər var.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Mart 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri