Almaniya ilin birinci yarısında Kiyevə böyük miqdarda silah verə bilər
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya Ukraynaya hərbi yardım etməkdə davam edir.
Turkustan.az xəbər verir ki, Almaniya hakimiyyəti bu ilin birinci yarısında Kiyevə böyük miqdarda silah ötürməyi planlaşdırır. Bu barədə N-TV telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə Ukraynaya, 22 Leopard-1 tankı, 25 Marder piyada döyüş maşını eləcə də daha bir IRIS-T SLM/SLS hava hücumundan müdafiə sistemi tədarük ediləcək. Bundan əlavə, paketə 16 haubitsa, iki Patriot buraxılış qurğusu, 120 min mərmi ilə yeddi Gepard özüyeriyən zenit silahı daxildir.
Ukrayna həmçinin 3,5 min Helsing hücum pilotsuz uçan aparatı, silahları olan altı Sea-King helikopteri və 250 min artilleriya mərmisi alacaq. Telekanal qeyd edib ki, digər silahların da çatdırılması planlaşdırılır.
Bildirək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. O, indiyədək Kiyevə hərbi dəstək üçün 28 milyard vəsait ayırıb.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:71
Bu xəbər 10 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















