Icma.az
close
up
RU
Almaniya Kanslerinin əcnəbilərlə bağlı açıqlaması ölkədə geniş müzakirələrə səbəb olub

Almaniya Kanslerinin əcnəbilərlə bağlı açıqlaması ölkədə geniş müzakirələrə səbəb olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 21 oktyabr, AZƏRTAC

Almaniya Kansleri Fridrix Mertsin əcnəbilərin şəhər mənzərəsini pozmasına dair açıqlaması və sonradan bu ifadəsini müdafiə etməsi ölkənin ictimai-siyasi mühitində geniş müzakirələrə səbəb olub.

AZƏRTAC xəbər verir ki, Xristian Demokratlar Partiyasının (CDU) lideri Fridrix Merts çıxışlarının birində əcnəbilər barədə “Təbii ki, şəhər mənzərəsində bu problem hələ də davam edir. Bununla əlaqədar daxili işlər naziri də əhatəli bir şəkildə gerigöndərmələri həyata keçirmək üçün çalışır”, - ifadəsini işlədib. Kansler bu sözlərinə qarşı etirazlarla əlaqədar ötəngünkü açıqlamasında mövqeyini müdafiə edib.

Koalisiya hökumətinin tərəfdaşı Sosial Demokrat Partiyasının (SPD) baş katibi Tim Klüssendorf bu sözləri “təhqiramiz və bölücü” adlandıraraq, hər problemi miqrasiyaya bağlamağın cəmiyyətdə etimadı sarsıtdığını bildirib. O, Kansler Mertsin ifadələrinin Almaniyaya miqrasiya etmiş və ya fərqli görünən insanlarda mənfi hisslər yaratdığını deyib.

Fridrix Mertsin sözləri ilə bağlı tənqidlər onun sədri olduğu CDU daxilində də səslənib. Partiyanın sosial qanadının rəhbəri Dennis Radtke deportasiyaların şəhərlərdəki sosial problemləri həll etməyəcəyini vurğulayıb, partiyanın Baden-Vürttemberq əyalət təşkilatının sədri Manuel Haqel isə debatlarda daha sakit və fərqli tonun vacibliyini qeyd edib.

Eyni zamanda, ekoloji fəallar və vətəndaş cəmiyyəti birlikləri də Fridrix Mertsin açıqlamalarına qarşı etiraz aksiyaları təşkil ediblər. “Fridays for Future” qrupu və fəal Luisa Noybauer Berlində CDU qərargahı qarşısında aksiya çağırışı edib. Berlindəki Brandenburq qapısı önündə isə “Şəhər görünüşü bizik” şüarı altında yüzlərlə insanın qatıldığı mitinqdə iştirakçılar Kansler Fridrix Mertsi ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına qarşı kifayət qədər məsafə saxlamamaqda tənqid ediblər.

CDU-nun ən yaxın müttəfiqi – Xristian Sosialistlər İttifaqının (CSU) sədri və Bavariyanın Baş naziri Markus Zöder isə Kanslerin mövqeyini müdafiə edib. O, Almaniyanın şəhərlərində problemlərin olduğunu vurğulayaraq, icazəsiz və ya yaşama hüququ olmayan insanların vətənlərinə qaytarılmasını hədəfləyən miqrasiya siyasətinə dəstəyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri