Icma.az
close
up
RU
Almaniya polisi 250 dən çox şirkətə qarşı xaker hücumu həyata keçirən beynəlxalq şəbəkəni çökdürüb

Almaniya polisi 250 dən çox şirkətə qarşı xaker hücumu həyata keçirən beynəlxalq şəbəkəni çökdürüb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Berlin, 16 iyul, AZƏRTAC

Almaniya Federal Cinayət Polisi İdarəsi (BKA) çoxsaylı kiberhücumlarda ittiham olunan rusiyayönümlü “NoName057(16)” adlı haker qrupuna qarşı bir sıra ölkələrin hüquq-mühafizə orqanları ilə birlikdə beynəlxalq əməliyyat keçirib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, əməliyyat zamanı bir sıra ölkələrdə yüzlərlə serverə malik şəbəkə çökdürülüb. Almaniyada və Rusiyada yaşayan altı nəfər barəsində həbs qərarı çıxarılıb. Onlardan ikisinin “NoName057(16)” qrupunun məsul şəxsləri olduğu bildirilir. Bütün şübhəlilər barəsində beynəlxalq axtarış elan olunub.

Həmçinin bir neçə ölkədə bu qruplaşmanın üzvü olmaqda şübhəli bilinən şəxslərə məxsus 24 obyektə baxış keçirilib. Əməliyyat keçirilən obyektlərdən biri Berlində, ikisi isə Bavariyadadır.

BKA-nın açıqlamasına görə, “NoName057(16)” özünü Rusiyanın dəstəkçisi kimi təqdim edən ideoloji yönümlü haker qrupudur və Rusiya-Ukrayna münaqişəsi kontekstində rəqəmsal xidmətlərin, serverlərin və ya veb-saytların çoxsaylı sorğularla yüklənərək sıradan çıxarılması ilə nəticələnən kiberhücumlar həyata keçirir. Qrupun hədəfləri arasında kritik infrastruktur müəssisələri, o cümlədən müdafiə sənayesi obyektləri, elektrik təchizatçıları, nəqliyyat şirkətləri, dövlət qurumları və ictimai təşkilatlar yer alıb.

Bu iş üzrə istintaqın başlandığı 2023-cü ilin noyabrından etibarən Almaniya qrup tərəfindən 14 hücum dalğasına məruz qalıb. Bu hücumlar bəzən bir neçə gün davam edib və ümumilikdə 250 şirkət və qurumu əhatə edib.

Oxşar hücumlar digər ölkələrin infrastruktur obyektlərinə, o cümlədən Avropa Parlamentinə seçkilər və son olaraq NATO-nun Haaqada keçirilən Sammiti zamanı da qeydə alınıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri