Şuşada milyonluq layihələr həyata keçirən şirkətə yazılan protokola xitam verildi Əmək hüquqlarını pozmayıb
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
Nəsimi Rayon Məhkəməsində “Conco” QSC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla inzibati xəta tərkibi olmadığına görə protokola xitam verilib.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: “Conco” QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 26 Noyabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















