Icma.az
close
up
RU
Almaniya Prezidentinin səfəri dialoqun genişlənməsi baxımından mühüm nəticələrə səbəb olacaq ŞƏRH

Almaniya Prezidentinin səfəri dialoqun genişlənməsi baxımından mühüm nəticələrə səbəb olacaq ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 aprel, AZƏRTAC

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu səfər Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoymasına və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsi üçün yeni imkanların açılmasına mühüm töhfə verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində strateji tərəfdaşlığın inkişafı əsas müzakirə mövzularından biri olub: "Xüsusilə, Almaniyanın Azərbaycanın enerji sektorunda aparıcı tərəfdaşlardan biri kimi çıxış etməsi və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar böyük əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu baxımdan, Almaniya ilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Bu faktı Almaniya Prezidenti özü də təsdiq etdi və Rusiya qazı ilə bağlı problem yaranarkən Azərbaycana verdiyi dəstəyə görə təşəkkür etdi", - deyə o əlavə edib.

Fərid Şahbazlı bildirib ki, səfər zamanı Cənub Qaz Dəhlizi və bərpaolunan enerji layihələri çərçivəsində tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin Almaniya şirkətlərinin Azərbaycanın yaşıl enerji və nəqliyyat sektoruna sərmayə yatırması üçün geniş imkanların olduğu vurğulanıb.

Bununla yanaşı, səfər çərçivəsində regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi və postmüharibə dövründə Qarabağın bərpası və yenidən qurulması kimi məsələlər müzakirə olunub: “Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycan müharibədən sonra sülh gündəliyini təşviq edir və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün fəal diplomatik addımlar atır. Bu məsələ Almaniya Prezidenti ilə görüşdə də ciddi müzakirə olundu. Dövlətimizin başçısı ölkəmizin mövqeyini ifadə edərək bildirdi ki, Azərbaycan qalib dövlət kimi sülhə hazırdır, lakin bu sülh ədalətli və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Prezident İlham Əliyev real sülh üçün Ermənistanın atmalı olduğu addımları növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Qarabağın Azərbaycanın suveren ərazisi olması və rəsmi Berlinin buna dair mövqeyinin dəyişməz olduğunu ifadə etməsi isə Avropada ölkəmizə düşmən mövqedə olan dövlət və dairələrin planlarını növbəti dəfə suya düşürdü”, - deyə QHT sədri vurğulayıb.

Almaniyanın Avropa İttifaqının aparıcı ölkələrindən biri olduğunu qeyd edən siyasi şərhçi deyib: “Frank-Valter Ştaynmayerin Bakı səfəri və verdiyi mesajlar göstərir ki, Berlin Cənubi Qafqazda Azərbaycanın rolunu yüksək qiymətləndirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Xüsusilə, Almaniyanın Rusiya enerjisindən asılılığını azaltmaq strategiyası fonunda Azərbaycanla əməkdaşlıq ön plana çıxır. Bu səfər Almaniya-Azərbaycan strateji dialoqunun daha da genişləndirilməsi, yeni diplomatik və iqtisadi əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm nəticələrə səbəb olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri