Almaniya Xarici İşlər Nazirliyi: Bundesverə məxsus təyyarə Çin tərəfindən lazer hücumuna məruz qalıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 8 iyul, AZƏRTAC
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Bundesverə məxsus hərbi təyyarənin Çin tərəfindən lazer hücumuna məruz qaldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya XİN-in X səhifəsində məlumat verilib.
Məlumatda qeyd olunub ki, Çin ordusu Avropa İttifaqının ASPIDES əməliyyatı çərçivəsində alman təyyarəsini lazerlə hədəfə alıb. Alman hərbi heyətinin təhlükəyə atılması və əməliyyatın pozulması tamamilə qəbuledilməzdir. Bu hadisə ilə bağlı Çin səfiri bu gün Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
ASPIDES dəniz əməliyyatı Yəməndəki Husi silahlı dəstələrinin hücumlarından mülki gəmiləri və dəniz ticarət yolunu qorumaq məqsədilə Qırmızı dənizdə həyata keçirilir. Aİ-nin rəhbərlik etdiyi bu əməliyyatda Almaniyadan 700 hərbi qulluqçu iştirak edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:77
Bu xəbər 08 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















