Icma.az
close
up
RU
Almaniyada ilk dəfə olaraq sağçılar kansler postuna namizəd irəli sürüb

Almaniyada ilk dəfə olaraq sağçılar kansler postuna namizəd irəli sürüb

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"45 yaşlı Alis Vaydel eynicinsli nikahda olan və mülayim siyasətçi kimi tanınır..."

Avropa və dünya mediası Almaniyada keçiriləcək parlament seçkilərinə hazırlığı müzakirə edir. İlk dəfə olaraq sağçı populist AfD partiyası (Almaniya üçün Alternativ) federal kansler postuna namizəd irəli sürüb. 

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.

Partiyanın qurultayı yanvarın 11-də şənbə günü Saksoniya federal ərazisində yerləşən Riza şəhərində baş tutub. "Deutsche Welle" nəşrinin məlumatına görə, 45 yaşlı Alis Vaydel namizəd olaraq iştirakçıların reaksiyası əsasında seçilib, səslərin hesablanması aparılmayıb.

Alis Vaydel haqqında

Alis Vaydel partiyanın mülayim "Alternativ Mərkəz" fraksiyasının rəhbəridir və peşəkar iqtisadçıdır. O, əvvəllər "Goldman Sachs" investisiya şirkətinin Frankfurt filialında işləyib, daha sonra bir neçə il Çində yaşayıb və çalışıb, mandarincə (Çinin şimal dialekti) dilini öyrənib. 

O, Çin Xalq Respublikasının pensiya sistemi mövzusunda dissertasiya müdafiə edib. Vaydel 2013-cü ildə AfD partiyasına qoşulub, 2017-ci ildə isə partiyanın Bundestaq fraksiyasına rəhbərlik etməyə başlayıb.

Alis Vaydel Şri-Lankadan olan immiqrantla eynicinsli nikahda yaşayır və iki övladı övladlığa götürüb. Bu həyat tərzi AfD-nin ailə idealından xeyli uzaqdır. Partiyanın proqramında ailə və evliliklə bağlı ənənəvi baxışlar təsbit olunub: "Ailədə ana və ata öz övladlarına görə uzunmüddətli birgə məsuliyyət daşıyır".

Seçki proqramı və çıxışlar

Təqdimat nitqində Vaydel partiyasının Almaniyanı "güclü, varlı və təhlükəsiz" edəcəyini və sərhədlərin tamamilə bağlanmasını dəstəklədiyini bəyan edib.

AfD proqramının əsas elementləri arasında miqrantların deportasiyası, Avropa İttifaqının islahatı (zəif iqtisadiyyata malik ölkələrin ittifaqdan çıxarılması) və avro vahid valyutasından imtina yer alır.

Qurultayın açılışında AfD-nin həmsədri Tino Xrupalla çıxış edib. O, seçicilərin simpatiyasını qorumağı və Bundestaqda mümkün qədər çox mandat əldə edərək, Vaydelin kansler postuna seçilməsini təmin etməyi təklif edib.

Almaniyada seçkilər fevralın 23-də keçiriləcək. Son ictimai rəy sorğuları AfD-yə seçicilərin 22%-nin dəstək verəcəyini göstərir. Yalnız Xristian Demokratlar/Xristian Sosialistlər (XDİ/XSİ) bloku daha yüksək nəticə gözləyə bilər.

AfD fəalları qonşu Avstriyada baş verən hadisələrdən ilhamlanır. Burada prezident, digər siyasi hərəkatların boykotuna baxmayaraq, sağçı Azadlıq Partiyasının lideri Herbert Kiklyu ilə hökumət qurmağı tapşırıb.

Xarici təsirlər və mübahisələr

Seçki kampaniyasına ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ən yaxın müşavirlərindən biri olan milyardçı İlon Mask da müdaxilə edir. Son həftələrdə Mask ona məxsus "X" sosial şəbəkəsində AfD-ni açıq dəstəkləyən bir neçə paylaşım edib.

Hazırkı kansler Olaf Şoltsun hökuməti Maskın açıqlamalarını Almaniyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib və milyardçıya "öz işləri ilə məşğul olmağı və başqalarının işinə qarışmamağı" tövsiyə edib.

Eyni zamanda, qurultayda müharibə məsələsi ilə bağlı müzakirələr aparılıb. AfD-nin qurucularından biri Albrext Glazer Rusiyanın Ukraynaya qarşı başladığı müharibəni pisləyən müddəanı seçki platformasına daxil etməyi təklif edib. Lakin onun təklifi qurultay nümayəndələrinin 69 faizi tərəfindən rədd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri