Almaniyada ixracat gözlənilmədən azalıb
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın ixracatı avqustda 0,5 faiz azalıb.
Banco.az xəbər verir ki, Almaniyada ixrac avqust ayında da azalmağa davam edərək iqtisadi fəaliyyət baxımından xəbərdarlıq siqnalı verib.
Ölkədə ixrac avqust ayında əvvəlki aya nisbətən 0,5 faiz azalıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar isə avqustda ixracın 0,2 faiz artacağını proqnozlaşdırırdılar. İxrac göstəriciləri arasında ABŞ-a ixracın azalması da diqqət çəkib — ölkənin ABŞ-a ixracındakı geriləmə ardıcıl beşinci aya çatıb.
Avqust ayında ölkənin idxalı da 1,3 faiz azalıb. Bunun nəticəsində ticarət profisiti 17,2 milyard avro təşkil edib. İyul ayında bu göstərici 16,3 milyard avro səviyyəsində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Oktyabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















