Almaniyadan Suriya ilə bağlı mühüm açıqlama...
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın müdafiə naziri Boris Pistorius Suriyada hakimiyyətə gəlmiş "Heyəti Təhrir əş-Şam" qruplaşması ilə danışıqlara başlamaq niyyətində olduğunu bildirib.
Sitat.info xəbər verir ki, o, bunu Ərbilə səfəri zamanı deyib.
"Biz "Heyəti Təhrir əş-Şam" siyasi qanadı ilə mümkün qədər tez danışacağıq. Suriyaya gəlincə, burada bir çox şey ölkə rəhbərlərinin atacağı addımlardan asılı olacaq", - Pistorius bildirib.
Onun fikrincə, sözlər əməllərlə müşayiət olunmalıdır. Pistorius həmçinin əlavə edib ki, Əsədin gedişindən sonra Suriyada vəziyyət dərhal dəyişə bilməz, bunun üçün vaxt və dəstək lazımdır.
Baxış sayı:55
Bu xəbər 12 Dekabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















