Almaniyanın Belçika ilə sərhəddəki şəhəri təxliyəyə hazırlaşır
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belçikanın "Qoes-Fenn" təbiət qoruğunda baş verən irimiqyaslı yanğın səbəbindən Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında yerləşən Monşau şəhərinin rəhbərliyi sakinlərdən ehtimal olunan təxliyəyə hazırlaşmağı xahiş edir.
Moderator.az bu barədə "Die Welt" nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, Plattevenn və Leylox yaşayış məntəqələrinin, eləcə də Kalterqerberq mikrorayonunun bir hissəsinin sakinlərinə "Qoes-Fenn"dəki yanğından qaynaqlanan tüstü və yağıntıların sağlamlıq üçün yarada biləcəyi risklər səbəbindən evlərini müvəqqəti tərk etmək tövsiyə olunur.
Monşau yerli hökumət orqanlarının məlumatına görə, Belçikadakı meşə yanğınının alovları hazırda Almaniya sərhədindən cəmi üç kilometr məsafədədir.
Qeyd olunur ki, yanğınsöndürmə xidməti tam hazır vəziyyətdədir və təhlükə altında olan ərazini daim nəzarətdə saxlayır. Xilasedicilər yanğının Almaniya ərazisinə keçəcəyi təqdirdə əməliyyata dərhal başlamaq üçün söndürmə işlərinə hazırlaşırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Avqust 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















