Icma.az
close
up
RU
Münxen Almaniyanın Olimpiya Oyunlarına namizəd şəhəri seçilib

Münxen Almaniyanın Olimpiya Oyunlarına namizəd şəhəri seçilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 26 sentyabr, AZƏRTAC

Almaniyanın Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizəd şəhəri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Almaniya Olimpiya İdman Federasiyasının (DOSB) növbədənkənar iclasında Münxen 2036-cı, 2040-cı və ya 2044-cü illər üçün Yay Olimpiya və Paralimpiya Oyunlarına namizəd şəhər seçilib. Bavariya əyalətinin paytaxt şəhəri namizədlik uğrunda yarışda Köln-Rur regionunu üstələyib. Qərarı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer DOSB prezidenti Tomas Vaykert ilə birlikdə elan edib.

Bu səsvermədən bir neçə gün əvvəl Berlin namizədliyini geri götürüb. Hamburq isə daha əvvəl keçirilmiş referendumun mənfi nəticəsindən sonra mübarizədən çəkilib.

Almaniya Prezidenti komanda şəklində yarışılacağı təqdirdə Olimpiadaya ev sahibliyi üçün şansların artacağını vurğulayaraq bildirib: “Dünyanın ən böyük idman tədbirinə namizədlik təkcə seçilmiş bölgə üçün uğur deyil. Bu bütün Almaniya üçün böyük fürsətdir”.

Kansler Fridrix Merts də bütün Almaniyanın Münxenin namizədliyini dəstəklədiyini vurğulayaraq qeyd edib: “Biz Olimpiya və Paralimpiya Oyunlarını həyəcan dolu anlar, böyük uğurlar, unudulmaz xatirələr və bütün ölkənin nəfəsini dərərək bu mübarizəni izləməsi üçün ölkəmizə gətirmək istəyirik”.

DOSB növbəti mərhələdə Beynəlxalq Olimpiya Komitəsinə Münxenin namizədliyi ilə bağlı müraciət edəcək. Münxen beynəlxalq namizədlik prosesində ev sahibliyi adı uğrunda digər mümkün namizədlərlə rəqabət aparacaq. Almaniya konkret olaraq, 2036-cı, 2040-cı və ya 2044-cü il variantlarından birini hələ dəqiq müəyyənləşdirməyib. Münxen qalib gələcəyi təqdirdə 1972-ci ildən sonra tarixində ikinci dəfə Olimpiadaya ev sahibliyi edəcək. Daha əvvəl isə Berlin 1936-cı ildə Olimpiya Oyunlarını qəbul edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri