Icma.az
close
up
RU
Almaniyanın yeni “fəhlələri” Ostarbayterlər haqqında nə bilirik? Maraqlı KONKRET

Almaniyanın yeni “fəhlələri” Ostarbayterlər haqqında nə bilirik? Maraqlı KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İkinci Dünya müharibəsi dövründə  Şərqi Avropa bütünlüklə Almaniyanın  hökmranlığı altına keçdi. Bundan sonra Almaniyada “Ost Baş Planı” hazırlandı. Plana görə  SSRİ-nin işğal edilən Avropa hissəsindən 85% əhali  Qərbi Sibirə köçürülməliydi. Slavyanların  yerini almanlar tutmalı idilər. Hitler həm də, Almaniya ərazisində işçi qüvvəsini “irqi cəhətdən aşağı” hesab etdiyi xalqların hesabına   təmin etmək istəyirdi.

Hələ  1941-ci ildə Reyxdə işçi çatışmazlığı hiss olunmağa başlamışdı.  Oktyabr ayında Hitler Sovet hərbi əsirlərinin əməyindən müharibə iqtisadiyyatının ehtiyacları üçün geniş miqyasda istifadə edilməsi üçün əmr verdi. Vermaxtın işğal etdiyi torpaqlarda hərbi əsirlər və mülki əhali müharibə aparmaq mənafeyinə görə alman iqtisadiyyatını işçi qüvvəsi ilə təmin etməli idi. Xüsusilə, döyüş bölgələrində tikinti batalyonlarına kömək etməli idilər. Reyxin özündə məcburi əməyin istifadəsi hələ o vaxt planlaşdırılmamışdı.

8 dekabr 1941-ci il tarixli 39 saylı Direktivdə Hitler silahlı qüvvələrə səfərbər edilən gənc alman işçilərini “tədricən hərbi əsirlər və qrup halında istifadə edilməli olan rus işçiləri ilə əvəz etmək ” əmrini verdi . “Silahlanma 1942” fərmanı blitskrieg  konsepsiyasına son qoydu.

1941-ci ildə sovet hərbi əsirləri arasında ölüm halları çoxalmağa başladı. Bununla da  nasistlər kəskin fəhlə çatışmazlığından əziyyət çəkdilər və vəziyyətdən çıxış yolu axtarıldı. Əsir düşən SSRİ vətəndaşlarının  Reyxə kütləvi “axını”na  1942-ci ilin yazında start verildi. Əslində  bu proses 1941-ci ilin payızında başlamışdı.  Məsələn, “İmperator Kömür Assosiasiyasının” sədri Paul Pleiger mədən sənayesində 10-12 min ukraynalının əməyindən istifadə etmək üçün Goeringdən xüsusi icazə aldı. Pleigerin yaratdığı komissiya Krivoy Roqa getdi və başlamaq üçün 5 min ukraynalı əsiri  Almaniyaya yola saldı.

24 fevral 1942-ci ildə ostarbayterlərlə bağlı ilk fərman imzalandı. Fərmanda qeyd edilirdi ki, kənd təsərrüfatında 380 min, sənaye üçün isə 247 min nəfər Reyxə çatdırılmalıdır.  Bacarıqlı işçiləri “daşıyan” ilk qatar 1942-ci ilin yanvarında Stalinodan (Donetsk) Reynlandiyaya göndərildi. Sonra Xarkovdan, Novqorod vilayətindən, Kiyevdən əsirlərlə dolu qatarlar Almaniyaya yola salındı. Əsirlərin Almaniyaya çatdırılması və orada sistemli şəkildə bölünməsi  ciddi nəzarətə götürüldü. Buna görə də  1942-ci ilin martında Türingiyalı Gauleiter Fritz Sauckel Əmək üzrə Baş Komissar vəzifəsinə təyin edildi.

Fritz Sauckel proqramları

Sauckel işçi çatışmazlığı problemini  həll etmək üçün dörd proqram müəyyən etdi. Bunlar tarixdə “Sauckel Proqramları” kimi tanınır. Proqramlar bütün mövcud əmək ehtiyatlarının səfərbər edilməsini  nəzərdə tuturdu. Birinci proqram 1942-ci ilin aprel-sentyabr, ikincisi 1942-ci ilin sentyabr-1943-cü ilin yanvar ayları, üçüncü proqram 1943-cü il, dördüncü proqram isə 1944-cü ili əhatə edirdi.

Artıq birinci proqramda SSRİ-dən 600 min insanın cəlb edilməsi vəzifəsi qoyulmuşdu. “… bütün mümkün vasitələrlə, o cümlədən məcburi əmək prinsipinin sərt tətbiqi ilə sürətləndirilməli olan ” işə 17-35 yaşlı kişilər qəbul edilirdi. Hər şey uğurla icra olunurdu.  1942-ci ilin sentyabrına qədər SSRİ-nin işğal edildiyi  ərazilərdən Almaniyaya  970 mindən çox mülki əhali gətirildi.

 İkinci proqramın icrası zamanı Almaniyaya yarım milyon ostarbayter  daşındı.  1942-ci ilin dekabrında Əmək üzrə Baş Komissar Fürerə hesabatında bildirirdi: “Vəzifədə olduğum 9 ay ərzində  Reyx 1 milyon 480 min işçi ilə təmin edilib”.  Üçüncü proqramın sonunda Reyxdə 1 milyon 778 min 451 nəfər  Ostarbayter var idi. Sauckelin dördüncü proqramı 4 milyon 200 min işçi, o cümlədən 600 min ostarbayter təmin etmək məqsədi daşıyırdı. 1944-cü il iyunun sonuna qədər Saukkelin proqramları ilə Şərqdən gətirilən işçilərin ümumi sayı 2 milyon 792 min 669 nəfər idi.

 Nürnberq məhkəmələri zamanı 4 milyon 978 min 735 mülki şəxsin SSRİ-dən zorla çıxarıldığı qeyd edilib. Tarixçilərin bu rəqəmlə bağlı müxtəlif fikirləri var, hesablamalar 3 milyondan 5,5 milyon nəfərə qədərdir.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri