Alonso “Real Madrid” rəhbərliyinə “Damokl qılıncı altında yaşamaqdan” bezdiyini deyibmiş
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Xabi Alonsonun “Real Madrid”dən qovulmasının səbəbləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu gün Madrid klubu baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma ilə ləğv olunduğunu elan edib.
Dünən “Los Blancos” İspaniya Superkubokunun finalında “Barselona”ya 3:2 hesabı ilə məğlub olub.
“As”ın məlumatına görə, komanda səhər saat 6:00-da İspaniyaya qayıdıb və bir neçə saat sonra “Real Madrid”in ofisində görüş keçirilib. Məşqçi mövcud vəziyyətdən yorğun olduğunu və “Damokl qılıncı altında yaşadığını” bildirib, rəhbərlik isə layihəyə şübhə ilə yanaşıb. Nəticədə tərəflər əməkdaşlığını dayandırmaq qərarına gəliblər. Bazar ertəsi məşq yox idi - oyunçuların istirahət günü var idi.
Qeyd olunur ki, Alonso vəzifəsindən təkcə nəticələrə görə ayrılmayıb. Klub rəhbərliyi məşqçinin “düzgün formulu tapmadığını”, soyunub-geyinmə otağından ayrı düşdüyünü və fiziki hazırlığın səmərəsiz olduğunu hiss edib. Oyunçular əllərindən gələni etsələr belə, komandanın yaxşı oynamadığı görüntüsü yaranıb.
La Liqanın turnir cədvəlində Madrid klubu 19 turdan sonra 45 xalla 2-ci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Yanvar 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















