Icma.az
close
up
RU
Статья не опубликована
Alparslan Bayraktar: Ankara Azərbaycanla “Qarabağ” yatağından qaz tədarükü üzrə yeni saziş üzərində işləyir

Alparslan Bayraktar: Ankara Azərbaycanla “Qarabağ” yatağından qaz tədarükü üzrə yeni saziş üzərində işləyir

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Türkiyə Azərbaycanla “Qarabağ” neft-qaz yatağından qaz tədarükü ilə bağlı yeni saziş üzərində işləyir.

“Report” "S&P Global" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, bu yataqdan qaz idxalına 2028-2029-cu illərdə başlanması barədə razılıq əldə olunub.

Türkiyənin qaz sektorunda daha geniş strategiyasına toxunan A. Bayraktar ölkənin uzun illər Rusiya və İrandan tədarükdən əhəmiyyətli dərəcədə asılı olduğunu vurğulayıb: “Bu sazişlərin müddəti tezliklə başa çatır və biz alternativ qaz mənbələri tapmalıyıq”.

O, qaz portfelinin diversifikasiyasının və daxili bazarda rəqabətin gücləndirilməsinin prioritet olduğunu qeyd edib.

Nazir əlavə edib ki, mart ayında Türkiyə İran üzərindən Türkmənistandan svop qazının idxalına başlayıb: “Bu il biz İran vasitəsilə Türkmənistandan 1,3 milyard kubmetr qaz alacağıq. Son on ildə Türkiyə qaz infrastrukturuna böyük sərmayələr qoyub və artıq idxal imkanlarımız yalnız boru kəmərləri ilə məhdudlaşmır”.

Türkiyənin mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu barədə danışan A. Bayraktar bildirib ki, ölkənin LNG reqazifikasiya gücü gündə 30 milyon kubmetrdən 160 milyon kubmetrə qədər artırılıb və bu göstəricinin 200 milyon kubmetrə çatdırılması planlaşdırılır.

“Hazırda Türkiyənin qaz tələbatının təxminən 25 %-i LNG hesabına ödənilir”, - o əlavə edib.

Nazir həmçinin ölkənin daxili enerji resurslarının inkişafına sadiqliyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Qara dənizdəki Sakarya yatağında hasilat gündə təxminən 7 milyon kubmetr təşkil edir və aprel ayında bu rəqəm 9 milyon kubmetrə çatacaq: “2026-cı ilin üçüncü rübündə hasilat gündə 20 milyon kubmetrə, 2028-ci ilə qədər isə 40 milyon kubmetrə çatacaq”.

Qeyd edək ki, “Qarabağ” neft-qaz yatağı Bakıdan 120 km şərqdə, Xəzər dənizindəki Günəşli yatağından 20-25 km məsafədə, 150-200 metr dərinlikdə yerləşir. "Aşrəfi - Dan Ulduzu - Aypara" strukturu isə Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Equinor" şirkəti 31 may 2018-ci ildə "Aşrəfi - Dan Ulduzu - Aypara" perspektiv strukturlar blokunun kəşfiyyatı və işlənməsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) və “Qarabağ” yatağının işlənməsi üzrə Risk Service Contract imzalayıblar. Layihənin icrası üçün SOCAR və "Equinor" paritet əsaslarla əməliyyat şirkəti təsis ediblər.

Lakin "Equinor" 2023-cü ilin dekabrında bu layihələrdəki 50 %-lik payını SOCAR-a satıb. Sövdələşmə 2024-cü ilin aprelin 24-də rəsmiləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri