Icma.az
close
up
RU
Alparslan Bayraktar: Suriyaya ixrac edilən Azərbaycan qazı 5 milyon evin elektrik təminatını qarşılayacaq

Alparslan Bayraktar: Suriyaya ixrac edilən Azərbaycan qazı 5 milyon evin elektrik təminatını qarşılayacaq

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bu gün start verilən Suriyaya Azərbaycan qazının ixracı layihəsi əslində bir elektrik enerjisi layihəsidir.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar avqustun 2-də Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanması ilə bağlı tədbir çərçivəsində “Haber Global”a açıqlamasında deyib.

Nazir bildirib ki, Türkiyə-Suriya Qaz Boru Xətti ilə nəql edilən təbii qaz Hələbdəki elektrik stansiyalarında enerjiyə çevriləcək: “Bu qazla Hələbdə yerləşən elektrik stansiyalarında təxminən 5 milyon evin enerji ehtiyacını qarşılayacaq qədər elektrik enerjisi istehsal ediləcək. Bu səbəbdən bu mühüm enerji təminatı layihəsidir. Onu çox qısa müddətdə həyata keçirdik”.

A.Bayraktar əlavə edib ki, bu boru xətti Suriyada həyatın normallaşması üçün olduqca vacib rol oynayır.

Nazir vurğulayıb ki, layihənin bu mərhələyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi xüsusi rol oynayıb:

“Xüsusilə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın Xankəndi şəhərində keçirdiyi görüşdən sonra bu layihə tamam fərqli mərhələyə keçdi. Biz texniki infrastrukturun hazırlanmasını təmin etdik və hazırda Azərbaycandan gələn təbii qaz bu xətt vasitəsilə Hələbə çatdırılır. Bu, Suriyada həyatın normallaşması baxımından strateji əhəmiyyət daşıyır”.

A. Bayraktar əlavə edib ki, bu gün hamımız tarixi bir anın şahidiyik:

“Suriyada 14 ildir davam edən vətəndaş müharibəsi bütün infrastrukturu məhv edib. Ölkənin ciddi enerji ehtiyacı var. Bu ehtiyacları müəyyənləşdirmək məqsədilə dekabr ayında ilk texniki heyətimizi Suriyaya göndərdik. Yerində araşdırmalar apararaq orta və uzunmüddətli planlamalar hazırladıq. Bu planların ən mühüm istiqamətlərindən biri də Suriyanın elektrik enerjisi təchizatının artırılmasıdır”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Avqust 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri