Alparslan Bayraktar: Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Türkiyə Zəngəzur dəhlizinin, o cümlədən onun enerji komponentinin açılmasında maraqlıdır.
Bunu "Report"a müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Biz bu xəttin (Zəngəzur dəhlizi) həm enerji nöqteyi-nəzərindən (təchizat), həm də digər tərəflərdən reallaşmasını çox istəyirik. Çünki bu, həm bizim üçün, həm də Avropa üçün çox vacibdir. Ona görə də bu layihənin reallaşacağına ümid edirəm", - A.Bayraktar bildirib.
O, həmçinin iqlim dəyişikliyi ilə mübarizə məsələsinə də toxunub.
"Biz indi "yaşıl transformasiya”ya həsr olunmuş iqlim konfransındayıq. Hamı iqlim dəyişikliyi haqqında nələrsə danışır. Edəcəyimiz ən vacib şey ölkələr və regionlar arasında kommunikasiyaları (interkonnektorları) genişləndirməkdir. Ən mühüm qarşılıqlı əlaqə isə külək enerjisi üzrə böyük potensialı olan Xəzər dənizidir. Yanılmıramsa, Dünya Bankının məlumatına görə, bu potensial 7 500 MVt təşkil edir", - nazir qeyd edib.
O, Türkiyəyə və bu dəhliz vasitəsilə Avropaya böyük həcmdə "yaşıl enerji” tədarükünü nəzərdə tutan layihənin miqyasını qeyd edib.
"Biz bu istiqamətdə işləyirik. Bundan əlavə, Naxçıvanda da günəş enerjisi potensialı yüksəkdir. Biz bu günəş elektrik enerjisinin Türkiyəyə tədarükü üzərində işləyirik", - A.Bayraktar əlavə edib.
Baxış sayı:57
Bu xəbər 12 Noyabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















