Icma.az
close
up
RU
Alqoritm dünya çempionatının ən həyəcanlı oyunlarını seçdi (SİYAHI)

Alqoritm dünya çempionatının ən həyəcanlı oyunlarını seçdi (SİYAHI)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Northeastern Universitetinin tədqiqatçıları futbol üzrə dünya çempionatında keçirilən oyunların azarkeşlərdə yaratdığı təsiri qiymətləndirmək üçün maraqlı üsul tətbiq ediblər. Futbolun xaotik təbiətini rəqəmsal göstəricilər əsasında təhlil edən komanda 3 400-dən çox parametri qiymətləndirən model hazırlayıb.

Qaynarinfo xəbər verir ki, alqoritm qarşılaşmaları turnirdəki əhəmiyyət dərəcəsi, oyunun dramatik inkişafı və meydanda nümayiş etdirilən vizual keyfiyyət kimi meyarlar əsasında 0-dan 10-a qədər bal sistemi ilə qiymətləndirir. Qarşılaşmanın turnirin taleyinə təsir gücü yekun qiymətin 24 faizini təşkil edir. Qol epizodları və hesabın tez-tez dəyişdiyi məqamlar isə modeldə hər biri 20 faiz paya malikdir.

Modelin diqqətçəkən meyarlarından biri "məmnunluq hissi" göstəricisidir. Belə ki, oyunun son dəqiqələrində vurulan həlledici bərabərlik qolu, nəticənin artıq müəyyənləşdiyi qarşılaşmada vurulan altıncı qoldan daha yüksək qiymətləndirilir.

2026-cı il dünya çempionatında indiyədək keçirilən oyunlar üzrə ilk 10-luq belədir:

1. Belçika – Seneqal: 3:2 — 9,65

2. Norveç – Fil Dişi Sahili: 2:1 — 9,49

3. Paraqvay – Almaniya: 1:1 (penaltilər seriyası — 4:3) — 9,47

4. Argentina – Kabo-Verde: 3:2 (əlavə vaxtda) — 9,46

5. Norveç – Braziliya: 2:1 — 9,43

6. Argentina – Misir: 3:2 — 9,43

7. Portuqaliya – Xorvatiya: 2:1 — 9,41

8. Əlcəzair – Avstriya: 3:3 — 9,41

9. Braziliya – Yaponiya: 2:1 — 9,41

10. Türkiyə – ABŞ: 3:2 — 9,40

Məlumatların təhlili göstərib ki, turnirin ən gərgin qarşılaşması 1/16 final mərhələsində Belçika ilə Seneqal arasında keçirilib. Belçika yığmasının oyunun son beş dəqiqəsinə 0:2 hesabı ilə geridə başlamasına baxmayaraq, matçı 3:2 hesablı qələbə ilə başa vurması alqoritm tərəfindən 9,65 balla qiymətləndirilib və reytinqdə ilk sıraya yüksəlib.

İkinci yerdə Erlinq Halaandın son dəqiqələrdə vurduğu qolla Norveçin Fil Dişi Sahili üzərində 2:1 hesablı qələbə qazandığı və növbəti mərhələyə yüksəldiyi qarşılaşma qərarlaşıb. Paraqvay – Almaniya oyunu isə 9,47 balla ilk üçlüyü tamamlayır.

Digər tərəfdən, hakim qərarları və intizam statistikası da turnirin diqqətçəkən göstəriciləri sırasındadır. Şimali Amerikada keçirilən dünya çempionatında indiyədək ümumilikdə 13 qırmızı vərəqə göstərilib. Bu göstərici əvvəlki dünya çempionatlarının orta statistikası ilə müqayisədə təxminən üç dəfə yüksəkdir.

Mütəxəssislərin fikrincə, "VAR” texnologiyasında tətbiq olunan yeniliklər sərt intizam statistikasının formalaşmasında mühüm rol oynayıb. Xüsusilə, sarı vərəqənin qırmızı vərəqə ilə əvəzləndiyi kritik epizodlar oyunların taleyini dəyişən əsas amillərdən biri hesab olunur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri