Alternativ mənbələrdən qlobal enerji istehsalı 2050 ci il üçün beş dəfədən çox artacaq PROQNOZ
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Qlobal elektrik enerjisi istehsalı 2050-ci il üçün 2024-cü ildəki 31 345 TVt/saatdan 57 556 TVt/saatadək artacaq ki, bu da təxminən 83,6% artım deməkdir.
Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatlarına istinadən xəbər verir.
Enerji istehsalında ən böyük artımın digər bərpa olunan enerji mənbələrindən (əsasən külək və günəş enerjisi) gələcəyi gözlənilir. Belə ki, qeyd olunan göstərici 2024-cü ildəki təxminən 4 931 TVt-saatdan 2050-ci ilə qədər təxminən 21 082 TVt-saat artaraq (5 dəfədən çox artım) 26 013 TVt-saata çatacaq.
“Bu o deməkdir ki, yeni artan qlobal elektrik enerjisi istehsalının təxminən 80%-nin bərpa olunan enerji mənbələrindən (əsasən külək və günəş enerjisi) gələcəyi proqnozlaşdırılır”, - məlumatda qeyd olunur.
Lakin, bütün enerji mənbələri artan elektrik enerjisi tələbatını ödəmək üçün vacibdir. Elektrik enerjisi istehsalında qeyri-mədən (qeyri-ənənəvi – red.) yanacaqlarının payının 2024-2050-ci illər arasında 42%-dən 67%-ə qədər artacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















