Altı ay əvvəl direktor təyin olunan şəxs vəzifəsindən azad edildi
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.
Bu, Hüseyn Rəhimovdur.
O, şirkətin rəhbərliyində Məzahir Piriyevi əvəz edib. M.Piriyev bu vəzifəyə 2024-cü ilin mayında təyin olunmuşdu.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.
Report
![see](https://icma.az/template/assets/see.png)