Icma.az
close
up
RU
Oniki gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalan xaçmazlı topoqraf

Oniki gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalan xaçmazlı topoqraf

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaçmaz, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Baş gizir Mahir Məmmədov Vətən müharibəsində Füzuli istiqamətində döyüşərkən yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb. Qəhrəman döyüşçü 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mahir Ağasəlim oğlu Məmmədov 1981-ci il yanvarın 28-də Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olub. Ömrünün 17 ilini hərbiçi kimi Vətənə xidmətə həsr edib.

Təcrübəli hərbçi 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub.

Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qoşulub və düşmənin hərbi obyektlərinin məhv edilməsi zamanı fəallıq göstərib. Mahir Məmmədov oktyabrın 7-də Füzuli istiqamətində döyüşərkən yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb.

“2003-cü ildən hərbçi kimi xidmət edirdi. Vətən müharibəsi başlayanda döyüşlərə qatıldı. Mahir ən yaxşı hərbi topoqraflardan biri idi. Müharibə vaxtı imkan olanda danışırdıq. Bizə hər şeyin yaxşı olduğunu bildirirdi. Anamı çox sevirdi. İstəmirdi o narahat olsun. Füzulinin Qaraxanbəyli kəndu uğrunda gedən döyüşlər zamanı baş nahiyəsindən yaralanıb. Komaya düşüb. Bizim xəbərimiz yox idi. Sonra bildirdilər ki, hospitaldadır. Pandemiya dövrü idi, gedib görə də bilmədik. 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucaldı”, - deyə şəhidin qardaşı Habil Məmmədov söyləyib.

Mahir 2019-cu ildə ailə həyatı qurmuşdu. Vətən müharibəsindən altı gün əvvəl oğlu Səlimin doğulması xəbərinə çox sevinmişdi. Amma təəssüf ki, yeni doğulan oğlunu qucağına almaq ona qismət olmadı.

“Çox ağıllı, zarafatcıl idi mənim balam. Mən həm də məktəbdə onun müəllimi olmuşam. Rəsmxət fənni üzrə dərs deyirdim. Mahir də getdi hərbidə xəritə çəkən oldu. Müharibə başlayanda övladı yenicə doğulmuşdu. Zəng edib mənimlə danışanda körpə ağlayırdı. Səsini eşidib soruşurdu ki, niyə ağlayır? Mahir övladının ancaq səsini eşitdi. Gəlib üzünü görə bilmədi. İndi Səlimin 5 yaşı var. Atasını şəkillərdən tanıyır. Oğlumun ətrini ondan alıram”, - deyə şəhidin anası Timziyə Məmmədova söyləyib.

Mahir Məmmədov ölümündən sonra "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhid Mahir Məmmədovun həyat yoldaşı və oğlu Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksində mənzillə təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2022-ci il mayın 2-də yaşayış kompleksinin açılışında iştirak edərkən evlə təmin olunmuş Məmmədovlar ailəsinin qonağı olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri