Icma.az
close
up
RU
Azərbaycan və Mərkəzi Asiya münasibətlərindəki konstruktiv əməkdaşlıq vahid “altılıq” formatına zəmin yaradır

Azərbaycan və Mərkəzi Asiya münasibətlərindəki konstruktiv əməkdaşlıq vahid “altılıq” formatına zəmin yaradır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

"Bu gün Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri həyata keçirir. Azərbaycan-Mərkəzi Asiya münasibətləri, adətən, "5+1" formulu ilə təsvir olunurdu. Bu, beş Mərkəzi Asiya dövlətini və ayrıca tərəfdaş kimi Azərbaycanı simvolizə edirdi. Lakin bu gün həmin formula sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib, hətta kimyəvi birliyə çevrilərək vahid "6" formatını alıb. Bu da inteqrasiyanın dərinləşməsini, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil qohumluğu üzərində formalaşan vahid geosiyasi məkan və ortaq taleyi əks etdirir". Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib. Hikmət Hacıyev qeyd edib ki, son aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna Türkmənistana, Tacikistana və Qazaxıstana üç səfər edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Mərkəzi Asiya münasibətlərində bu günə qədər olan dərin inteqrasiya və konstruktiv əməkdaşlıq bu gün Azərbaycanla Mərkəzi Asiya respublikalarının birgə vahid “altılıq” formatının yaranmasına gətirib çıxarıb.

Hikmət Babaoğlu

“Coğrafi fərqlilik bəzən inteqrasiya üçün məsafə, bəzən inteqrasiya üçün vahid birlik təmin edir. Bunun üçün coğrafi fərqlilik arasında körpü qurmaqla, onu vahid məkana çevirmək lazımdır. Həm Mərkəzi Asiya respublikaları, həm Azərbaycan bu istiqamətdə mühüm qərarlar qəbul etməklə ortaq iqtisadi, siyasi maraqlar yarada bildilər və bu maraqların milli və dövlətçilik məqsədlərimizlə uzlaşması, nəticə etibarilə vahid bir coğrafi birlik yaratdı”-deyən Hikmət Babaoğlu qeyd edib ki, bu birliyin mədəni, humanitar, milli, etnik tərəfləri isə bizim bu geniş coğrafiyada vahid etnik kökdən, vahid ənənə və ortaq mədəniyyətdən gəlməyimizdir, bu səbəbdən də bu birlik monolit bir birliyə çevriləcək.

“Hazırda elə Qazaxıstanda baş tutan görüş, bir müddət əvvəl Türkmənistanda Azərbaycan prezidenti ilə keçirilən üçtərəfli Türkmənistan, Azərbaycan və Özbəkistan görüşü bu birliyin nə qədər geniş prespektivə və nə qədər geniş iqtisadi inteqrasiyaya tələbatı olduğunu göstərir. Azərbaycan Prezidentinin Astanaya səfərində imzalanacaq sənədlər də bu birliyin daha böyük perspektivlərə malik olduğunun göstəricilərindən biridir”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Oktyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri