Icma.az
close
up
RU
“Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiyanın açılışı baş tutub FOTO

“Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiyanın açılışı baş tutub FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli İncəsənət Muzeyində "Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti" adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub.

Azərbaycan Milli İncəsənət Muzeyi və bp-nin əməkdaşlığı ilə ərsəyə gəlmiş ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətinin inkişafında mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub. 

Açılış mərasimində bp-nin AGT üzrə regional prezidenti Cio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış bu sənət istiqamətinin Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rolu vurğulayıblar. Qeyd olunub ki, nonkonformist sənət nümayəndələri dövrün ideoloji çərçivələrindən kənara çıxaraq milli bədii ənənələri müasir ifadə vasitələri ilə sintez edərək Azərbaycan incəsənətinə yeni baxış və üslub gətiriblər. Bu irsin qorunub saxlanılması və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, yeni daimi ekspozisiyanın gənc nəsil üçün həm tarixi yaddaşın möhkəmləndirilməsi, həm də müasir yaradıcılıq üçün ilham mənbəyi olduğu bildirilib.

Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə tərəfindən dünya klassik musiqisi incilərindən nümunələr ifa olunub.

Daha sonra qonaqlar ekspozisiya ilə yaxından tanış olublar.

Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın kuratorluğu ilə hazırlanmış yeni ekspozisiya zalının təmiri və dizaynı bp və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilmiş, layihə şirkətin tərəfdaşlarından olan "Greentech Solutions" MMC tərəfindən icra olunmuşdur. Təmir və dizayn həllərində müasir muzey ekspozisiya prinsipləri əsas götürülmüş, əsərlərin konseptual və vizual təqdimatına xüsusi diqqət yetirilmişdir. 

Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Fazil Nəcəfov kimi sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilmişdir. Yeni daimi ekspozisiyanın yaradılması onların çoxşaxəli bədii irsini daha dolğun, sistemli və müasir muzey standartlarına uyğun şəkildə təqdim etmək məqsədi daşıyır. Qeyd edək ki,  bu xarizmatik rəssamlar sosialist realizminin rəsmi ideoloji çərçivələri ilə barışmayaraq öz vizual strategiyalarını Azərbaycan incəsənətinin ənənəvi sistemi ilə Qərb avanqardının müasir tendensiyalarının sintezi üzərində qurmuşdular. Onlar yaradıcılıqlarını müasirləri olduqları dövrün dünya incəsənətində baş verən aktual tendensiyaları ilə əlaqələndirərək Azərbaycan təsviri sənətində yeni estetik və ideya axtarışlarının təməlini qoyublar. 

Ekspozisiyada qeyri-rəsmi olaraq Azərbaycan nonkonformist sənətinin lideri kimi qəbul edilən Mircavad Cavadovun mifoloji təfəkkürə, simvolizmə və arxaik-folklor ünsürlərinə əsaslanan əsərləri önəmli hissəni təşkil edir.  

Tofiq Cavadovun sənaye motivlərini və Abşeron mənzərələrini əks etdirən əsərləri ekspozisiyada ayrıca xətt kimi təqdim olunur. 

Nonkonformist qrupun ideoloqu və nəzəri əsaslarını formalaşdıran sənətkar kimi tanınan Qorxmaz Əfəndiyevin əsərləri, Rasim Babayevin Azərbaycan mifologiyası, əfsanə və nağıllarına əsaslanan mükəmməl yaradıcılıq nümunələri ekspozisiyada xüsusi yer tutur.

Nonkonformistlər arasında fərqli yaradıcılıq xətti ilə seçilən Əşrəf Muradın əsərlərində primitivist estetika, lakonik forma həlli və qrotesk ifadə tərzi ön plana çıxır. Dərin qara fon üzərində təqdim olunan monumental fiqurlar əsərlərə güclü dramatik təsir bəxş edir.

Heykəltəraş Fazil Nəcəfovun milli və dünya mifoloji motivlərinə əsaslanan plastik nümunələri daxili enerjisi və fəlsəfi məzmunu ilə seçilir.

Ekspozisiyada nümayiş etdirilən video hazırkı rəssamlar nəslinin tanınmış nümayəndəsi Orxan Hüseynova aiddir. Bu videoda Orxan Hüseynov multimedia rəssamı kimi nonkonformistlərlə yaradıcı assosiativ dialoq qurur və Azərbaycan incəsənətində nəsillər arasındakı əlaqəni vurğulayır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri