Icma.az
close
up
RU
Alzheymer riskini azaldır: Uzun ömrün açarı ola bilər

Alzheymer riskini azaldır: Uzun ömrün açarı ola bilər

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sağlam bədənin sağlam zehinlə birbaşa əlaqəli olduğu bir daha təsdiqlənib



Alimlərin apardığı yeni bir araşdırma orqanların bioloji yaşının sağlamlıq və ömür uzunluğu üzərindəki təsirlərini ortaya qoyub.

“Nature” jurnalında dərc olunan araşdırmada sağlam bədənin sağlam zehinlə birbaşa əlaqəli olduğu bir daha təsdiqlənib. Alimlər bədəndəki müxtəlif orqanların qandakı müəyyən protein zəncirləri vasitəsilə fərqli sürətlə qocala biləcəyini ortaya çıxarıb.


Sherg.az xəbər verir ki, Stenford Universitetinin tədqiqatçıları xüsusilə orqanların bioloji yaşının ürək çatışmazlığı, KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi), tip 2 diabet və Alzheymer kimi xəstəliklərlə əlaqəli olduğunu bildiriblər. Araşdırmada, “yaşlı” bir beynin Alzheymer riskini artırdığı, əksinə “gənc” bir beynin isə idrak geriləməsini yavaşlatdığı müəyyən edilib.


İDMAN, QİDALANMA, ZEHİN FƏALLIĞI

Araşdırmada vurğulanır ki, intensiv fiziki fəaliyyət, yağlı balıq və toyuq əti ilə zəngin pəhriz və zehni stimullaşdırma beyin sağlamlığını qorumaqda təsirli rol oynayır. Mütəxəssislər ali təhsilin idrak qabiliyyətlərini gücləndirə biləcəyini bildirsələr də, səhərlər sadə bir tapmaca həll etməyin belə faydalı ola biləcəyini qeyd edirlər.

Digər tərəfdən siqaret və alkoqol istifadəsi, emal olunmuş ətin qəbulu, yuxusuzluq və sosial-iqtisadi çətinliklər orqanların daha sürətli qocalmasına səbəb olur.


HANSİ İDMAN NÖVÜ DAHA EFFEKTİVDİR?

Tədqiqatlar göstərir ki, orta və yüksək tempolu fiziki fəaliyyətlər demensiya (beyin funksiyasının itməsi) riskini 41% azalda bilər. Mütəxəssislər, danışmağa davam edə bildiyiniz, lakin mahnı oxuya bilməyəcəyiniz intensivlikdə yerimə, qaçış və velosiped sürmə kimi fəaliyyətləri tövsiyə edirlər.

Bəzi alimlər isə yüksək intensivlikli intervallı məşqlərin (HIIT) beyinə gedən qan axınını artıraraq demensiyanı önləməkdə kardio məşqlərdən daha təsirli ola biləcəyini bildirirlər. Bu məşqlərə burpi, dağcı dırmanışı, kettlebell yelləmə və sprint kimi yüksək tempolu hərəkətlər daxildir.


YUXUDAN ƏVVƏL MƏŞQƏ DİQQƏT!

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yatmazdan az əvvəl edilən yüksək intensivlikli məşqlər yuxunu pozur və bu da idrak sağlamlığına mənfi təsir göstərir.


HƏDDİNDƏN ARTIQ İDMANIN RİSKLƏRİ

İntensiv idman fəaliyyətlərinin bəzən təhlükəli ola biləcəyinə dair xəbərdarlıqlar da var. Son aylarda, İngiltərədə yüksək fiziki formaya malik şəxsi məşqçinin qəfil keçirdiyi beyin qanaxmasının illərlə davam edən aşırı idman keçmişi ilə əlaqəli olduğu bildirilmişdi. Əvvəlki araşdırmalar da göstərmişdi ki, yüksək intensivlikli məşqlər beyin qanamasına səbəb ola bilər və bu hal iflic və ya ölümcül fəsadlarla nəticələnər.





 

ERKƏN ƏLAMƏTLƏRƏ DİQQƏT

Alzheymer və digər demensiya növlərinin klassik əlamətləri arasında yaddaş itkisi, ünsiyyət çətinliyi və əhval dəyişiklikləri yer alır. Lakin son araşdırmalar göstərir ki, görmə, eşitmə, balans və toxunma kimi duyğu funksiyalarındakı dəyişikliklər də xəstəliyin erkən xəbərçisi ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri