Icma.az
close
up
RU
Uzun ömrün kodu AÇILDI

Uzun ömrün kodu AÇILDI

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Harvard Universitetində aparılan 30 illik genişmiqyaslı araşdırma uzun ömrün və ürək sağlamlığının açarını tapdı. Tədqiqat göstərdi ki, yalnız aşağı karbohidratlı və ya az yağlı pəhriz deyil, yediyimiz qidaların keyfiyyəti də sağlamlıq üçün həlledicidir.

News24.az bildirir ki, 1986–2019-cu illər arasında aparılan araşdırmada təxminən 200.000 insanın qidalanma və sağlamlıq göstəriciləri təhlil edilib. Məlum olub ki, bitki mənşəli, təbii və işlənməmiş qidaları hər gün istehlak edən insanların ürək xəstəliyinə tutulma riski 15% azalır.

Tədqiqatda tam taxıllar, meyvələr, tərəvəzlər, paxlalılar və qoz-fındıq "yüksək keyfiyyətli" – yəni sağlam qida hesab edilib. Əvəzində zərifləşdirilmiş taxıllar, kartof, doymuş yağlar və heyvani zülallar isə "aşağı keyfiyyətli", yəni zərərli qida kateqoriyasına daxil edilib.

Tədqiqatçılar 10.000-dən çox iştirakçının qan analizlərini də nəzərdən keçirərək bu qidaların metabolik fəaliyyətə təsirini öyrəniblər. Nəticələr pəhriz keyfiyyəti ilə ürək sağlamlığı arasındakı əlaqəyə bioloji əsaslar təqdim edib.

Araşdırmaya rəhbərlik edən Dr. Zhiyuan Vu bildirir:“Əsas məsələ pəhrizin növü deyil, içindəki qidaların keyfiyyətidir. Az karbohidratlı və ya az yağlı pəhriz seçərkən, bitki əsaslı və təbii qidaların üstünlük təşkil etməsi sağlamlıq üçün daha əhəmiyyətlidir.”

 Ekspertlər nəyi tövsiyə edir?

? Daha çox:

Təzə meyvə və tərəvəz

Paxlalılar

Qoz-fındıq

? Daha az:

Emal olunmuş ət və məhsullar

Ağ çörək və təmizlənmiş karbohidratlar

Şəkərli içkilər və hazır qəlyanaltılar

Bundan əlavə, qida etiketlərini oxumaq və əlavə şəkərli məhsullardan uzaq durmaq da tövsiyə edilir.

 Gələcək araşdırmalar fərdi tövsiyələr verə bilər

Tədqiqatçılar bildirir ki, genetik faktorlar, həyat tərzi və metabolik fərqlər nəzərə alınmaqla daha dəqiq, fərdiləşdirilmiş pəhriz tövsiyələri hazırlanacaq. Gələcəkdə bu araşdırmalar xərçəng və diabet kimi digər xəstəliklərin qarşısının alınmasında da mühüm rol oynaya bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri