Icma.az
close
up
RU
AMADA nümayəndələri seçkilərdə iştirak etdi

AMADA nümayəndələri seçkilərdə iştirak etdi

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupu (T-DO) Strasburqda keçirilən 60-cı iclasını başa vuraraq, idmanda dopinqlə mübarizə sahəsində mühüm addımlar atıb.

Futbolpress.az xəbər verir ki, üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri antidopinq siyasətləri, davam edən təşəbbüslər və gələcək dövr üçün yeni rəhbərliyin seçilməsi ilə bağlı müzakirələr aparıblar.

İclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sonra T-DO-nun müxtəlif strukturlarına rəhbər vəzifələrə seçkilər keçirilib. Belə ki, Mixal Rinkovski (Polşa) Monitorinq Qrupunun sədri, Mehmet Yoğurtcuoğlu (Türkiyə) sədr müavini, Paul Ouseley (Birləşmiş Krallıq) Uyğunluq, Fredrik Lauritzen (Norveç) Elm üzrə Məsləhət Qrupunun sədri seçiliblər. Səsverməyə əsasən, Florian Kavel (Fransa) Hüquqi məsələlər və Erik Duiven (Niderland) isə Təhsil üzrə Məsləhət Qrupuna yenidən rəhbərlik edəcəklər. Yeni seçilmiş rəhbərlik, Monitorinq Qrupunun uyğunluq, maarifləndirmə, hüquqi çərçivələr və elmi inkişaf sahəsində fəaliyyətini daha da gücləndirmək üçün mühüm rol oynayacaq.

İclas çərçivəsində iştirakçılar Avropada antidopinq siyasətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın təşviqi və Antidopinq Konvensiyasına uyğunluğun təmin edilməsi istiqamətində yüksək səviyyəli müzakirələr aparıblar. Yeni rəhbərlik, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Olimpiya Komitəsi (IOC) və milli antidopinq təşkilatları ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Monitorinq Qrupunun yeni sədri Mixal Rinkovski antidopinq səylərinin daha da inkişaf etdirilməsinə və qrupun qlobal antidopinq sistemindəki rolunun möhkəmləndirilməsinə sadiq olduğunu bildirib. “Bu məsuliyyət mənim üçün böyük şərəfdir. İdmanın dürüstlüyünü qorumaq və dopinqlə mübarizədə birgə səylərimizi gücləndirmək üçün bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”, – deyə Rynkovski qeyd edib.

T-DO antidopinq siyasətinin formalaşdırılmasında və Antidopinq Konvensiyasına uyğunluğun təmin edilməsində mühüm platforma olaraq, Avropa Şurasının təmiz idman və ədalətli rəqabət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 İyun 2026 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri