Icma.az
close
up
RU
UNEC də elmi fəaliyyətin metrik göstəricilər əsasında qiymətləndirilməsi üçün SciVal analitik platforması tətbiq olunur

UNEC də elmi fəaliyyətin metrik göstəricilər əsasında qiymətləndirilməsi üçün SciVal analitik platforması tətbiq olunur

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin metrik göstəricilər əsasında beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və strateji qərarların elmi əsaslarla qəbul edilməsi məqsədilə Elsevier şirkətinə məxsus SciVal analitik platformasının tətbiqinə başlanıb.

525.az xəbər verir ki, SciVal sistemi Scopus bazasının müxtəlif verilənləri əsasında formalaşır və Tədqiq etmə, Müqayisə, Hesabat, SciVal və Scopus adlı beş paneli əhatə edir. Tədqiq etmə panelinin xülasə hissəsində nəşr göstəriciləri, elmi töhfə, tədqiqat sahələri, reytinqlər, əməkdaşlıq, təsir faktorları və maliyyələşdirmə mənbələri yer alır. Bu panel UNEC-in elmi fəaliyyətinin ölçülə bilən və şəffaf monitorinqini təmin etməyə, elmi siyasət və inkişaf strategiyasını analitik məlumatlar əsasında formalaşdırmağa, universitetin beynəlxalq elmi nüfuzunu və görünürlüğünü artırmağa, tədqiqatçıların və struktur bölmələrin fəaliyyət səmərəliliyini yüksəltməyə xidmət edir.

Müqayisə panelinin alətləri ölkələrin, universitetlərin, elmi qurumların və tədqiqatçıların elmi performansını müxtəlif metrik göstəricilər üzrə müqayisəli şəkildə təhlil etməyə imkan yaradır.

Hesabat bölməsi UNEC-in və ya fərdi tədqiqatçıların elmi fəaliyyətinə dair müxtəlif göstəricilər üzrə xülasə və analitik hesabatların hazırlanmasına şərait yaradır. Bu paneldə məlumatlar vizual qrafiklər, cədvəllər və müqayisəli analizlər formasında təqdim olunur.

SciVal platformasının tətbiqi UNEC-in elmi fəaliyyətinin beynəlxalq reytinqlər kontekstində obyektiv qiymətləndirilməsinə, universitetin elmi istiqamətdə güclü və zəif tərəflərinin müəyyənləşdirilməsinə, elmi tədqiqatların keyfiyyət və təsir səviyyəsinin yüksəldilməsinə, beynəlxalq əməkdaşlıq potensialının təhlili və genişləndirilməsinə, eləcə də strateji planlaşdırma və idarəetmədə elmi əsaslı qərarların qəbuluna imkan yaradır.

SciVal analitik sisteminin UNEC-də tətbiqi universitetin elmi idarəetmə mexanizmlərinin modernləşdirilməsi istiqamətində mühüm addım hesab olunur və UNEC-in qlobal elmi məkanda mövqeyinin möhkəmlənməsinə töhfə verir.

Növbəti mərhələlərdə SciVal platformasının funksional imkanları əsasında UNEC-in prioritet tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, struktur bölmələr və fərdi tədqiqatçılar üzrə dərin analitik təhlillərin aparılması, əldə olunan nəticələrin elmi idarəetmə və strateji qərarvermə proseslərinə inteqrasiyası nəzərdə tutulur. Mövzu ilə bağlı məlumatların davamı növbəti paylaşımlarda ictimaiyyətə təqdim ediləcək.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri