AMEA nın müxbir üzvü Oruc Həsənlinin elmi fəaliyyətinin biblioqrafik göstəricisi nəşr olunub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının tərtibatında görkəmli psixoloq alim, AMEA-nın müxbir üzvü Oruc Həsənlinin həyatı və elmi fəaliyyətinin biblioqrafik göstəricisi işıq üzü görüb.
XQ xəbər verir ki, vəsaitdə AMEA-nın müxbir üzvü Oruc Həsənlinin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, görkəmli elm və mədəniyyət xadimlərinin onun haqqında fikirləri, elmi əsərlərinin biblioqrafiyası, redaktə etdiyi və rəyçisi olduğu kitablar, iştirak etdiyi tədbirlər və digər məlumatlar yer alıb.
Pedaqoji elmin bütün əsas sahələri üzrə ölkəmizdə tanınmış mütəxəssislərdən biri kimi Oruc Həsənlinin tədqiqatlarında diyarşünaslıq, vətənpərvərlik tərbiyəsi azərbaycançılıq ideyası mühüm pedaqoji – metodiki təməllərindən biri kimi təqdim olunur. Tədqiqatlarında metodika amillərinin rolunu və yerini müəyyən edən tanınmış pedaqoq, həm də fənlərin tədrisi metodikasının da əsaslarına dərindən bələd olaraq bu sahədə əhəmiyyətli əsərlər yaradıb.
Oruc Həsənli yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığında yaxından iştirak edib. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru, 1 elmlər doktoru yetişib. 200-dən artıq elmi əsər, kitab və monoqrafiyaların müəllifi olan alim bu sahədəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, müxtəlif dövlət mükafatlarına və Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə şöbənin əməkdaşı Həmidə Mehbalıyevadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Fevral 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















