Icma.az
close
up
RU
AMEA nın Naxçıvan Bölməsi ötən il 4 mühüm elmi nəticə əldə edib AZƏRTAC

AMEA nın Naxçıvan Bölməsi ötən il 4 mühüm elmi nəticə əldə edib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 yanvar, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də AMEA-nın Naxçıvan Bölməsinin 2024-cü ildəki fəaliyyətinə dair olub.

AZƏRTAC xəbər verir ki, hesabatı bölmənin sədri akademik İsmayıl Hacıyev təqdim edib. Qeyd olunub ki, bölmənin elmi-tədqiqat müəssisələrində Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi istiqamətində araşdırmalar aparılıb. Tədqiqatların 15 şöbə və 1 labоratоriyada 1 akademik, 2 müxbir üzv, 4 elmlər dоktоru, 17 fəlsəfə dоktоrunun iştirakı ilə 34 mərhələ üzrə aparıldığını deyən akademik İsmayıl Hacıyev 4 mühüm elmi nəticənin əldə olunduğunu söyləyib.

Akademik İsmayıl Hacıyev “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” sənədlərdən irəli gələrək görülmüş işləri təqdim edib.

Bildirib ki, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvan ədəbi mühiti” fundamental kitabı nəşrə hazırlanıb, 29 icmal və oçerk tərtib edilib. Bölmə əməkdaşları tərəfindən “Taleyi və sənəti” seriyası üzrə “Hüseyn Razi: taleyi və sənəti” adlı növbəti – 18-ci seriyası və “Görkəmli Azərbaycan şairi M.Füzuli” məqalələr toplusu çap olunub. 2024-cü ildə bölmə əməkdaşlarının 10 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 207 elmi məqaləsi, 118 konfrans materialı və 4 tezisi olmaqla 348 elmi əsəri nəşr edilib. Əsərlərdən 35 məqalə, 19 konfrans materialı və 2 tezis (cəmi 56 əsər) xaricdə nəşr olunub. Bir elmi işçiyə düşən əsər sayı 10,2 olub. Məqalələrdən 6-sı “Web of Science”, 2-si “Scopus”, 1-i “Ulakbim” elmmetrik bazalarında olmaqla 15-i impakt faktorlu jurnalda çap edilib. Hesabat dövründə bölmə əməkdaşlarının əsərlərinə 4085 istinad qeydə alınıb.

Həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəriciləri təqdim edilib, kadr potensialı və kadr hazırlığı, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər, eləcə də bölmənin saytının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri